Əzizbəyov rayonu deyilən ərazi Azərbaycanın həqiqətən gözəl güşələrindən biridir. Burada çox gözəl, fədakar, milli, dini, adət ənənələrimizi qoruyub saxlayan insanlar yaşayır. Ona görə də, biz hamımız, o cümlədən mən də, bu yerləri çox sevirik.
Xəzər rayonu 1960-ci ildə yaradılmışdır. Bakı şəhərinin 11 inzibati rayonundan biridir. 1921-ci ildən Artyom rayonu adlandırılmışdır. Rayonun ərazisi 403,6 km2 –dir.2011-ci ilin iyul ayının məlumatına əsasən Xəzər rayonunun əhalisinin sayı – 173 min 394 nəfər olmuşdur. Rayonda 12 qəsəbə mövcuddur. Qəsəbələr üzrə əhalinin sayı aşağdakı kimidir.
1. Mərdəkan - 23159 nəfər
2. Şüvəlan - 18173 nəfər
3. Pirallahı - 15828 nəfər
4. Binə - 53664 nəfər
5. Buzovna -29465 nəfər
6. Qala - 3979 nəfər
7. Çilov - 1683 nəfər
8. Zirə -11456 nəfər
9. Gürgan - 1111 nəfər
10. Neft daşları - 410 nəfər
11. Türkan - 11247 nəfər
12. Şağan - 3219 nəfər
Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.
Rayon Abşeron yarmadasının şimal-şərqində yerləşir, su ərazisi 384 min m2 –dir. Rayonda yerləşən 60 yaxın pansionat, sanatoriya və uşaq düşərgələrində, həmçinin bağ massivlərində 15 minə yaxın məcburi köçkün və qaçqınlar məskunlaşmışdır.
Rayoniqtisadiyyatı əhəmiyyətinə görə sənaye rayonudur. İqtisadiyyatı potensialının 95%-ni neft sənayesi müəssisələri təşkil edir. Hazırda rayonda 4 Neft-Qaz Çixarma İdarəsi fəaliyyət göstərir: Neftdaşları NQÇİ, 28 may NQÇİ- Çilov adası, Abşeronneft NQÇİ- (Pirallahı qəs.), H.Z.Tağıyev adına NQÇİ (Qala qəs,). Bundan əlavə rayonda 18 iri sənaye müassəsi; 1 elektrik stansiyası, H.Əliyev adına Beynəlxalq Hava Limanı, Neft Dəniz Donanması, 4 Avtomobil nəqliyyat idarəsi, 2 rabitə müəssəsi: 24 poçt və telefon qovşağı filialı fəaliyyət göstərir. Rayonda 60-a yaxın özəl firma, səhmdar cəmiyyəti, 2000-nə yaxın sahibkar fəaliyyətdədir.
2006-ci il və cari ilin ötən dövründə Binə qəsəbəsində 110/35/6 kvt-luq, Türkan qəsəbəsində 35/6 kvt-luq yeni yarımstasiyalarquraşdırılıb istifadəyə verilmişdir.Ötən dövründə 51 ədəd təzə KTM, 142 güc transfformatoru qoyulub, 53 güc transfformatoru təmir olunub, 329 təzə dayaq basdırılıb,310 dayağın ye3ri dəyişdirilib. Bu müddətdə 50 km-dan çox təzə məftil çəkilib, 100- km –dən çox məftil dəyişdirilib.
Əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə tərtib olunmuş layihələrə əsasən əsasən 21 km qaz kəmərləri çəkilib,işlər davam edir.
Qəsəbələrin içməli su ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Mərdəkan, Şüvəlan, Binə qəsəbələrinə 45 km yeni içməli su kəməri çəkilmişdir.
Ötən dövrdə rayonun qəsəbələrində qəsəbələrarası və daxili yollarla 74,55 km yeni asfalt salınmışdır.
Əhalinin rabitə xidmətlərinin yaxşılaşdırfmaq istiqamətində mövcud olan AtS-lər də 4848 nömrə tutum artırılmışdır. Mərdəkan qəsəbəsində 2048 nömrəlik, Qala qəsəbəsində 608 nömrəlik , Şağan qəsəbəsində 896 nömrəlik, Binə dönüzkökəltmə sovxozunda 896 nömrəlik Albalılıq yaşayış sahəsində 256 nömrəlik yeni ATS-lər tikilib istifsdəyə verilmişdir. Bu müdətdə Şüvəlan, Şağan,Türkan qəsəbələrində yeni poçt binaları tikilib, istifadəyə verilmişdir, Mərdəkandakı 76 saylı, Buzovnadakı 41,90 və Çilov adasındakı poçtların binaları təmir olunub.
Rayon ərazisində kanalizasiya çirkablarını təmizləmək üçün 2 təmizləyici quröu fəaliyyət göstərir. Ötən dövrdə əlavə olaraq Buzovna qəsəbəsində yeni təmizləyici qurğutikilib istifadəyə verilmişdir. Mərdəkan-Şüvəlan təmizləyici qurğuda rekonstruksiya işləri aparılır. Pirallahı qəsəbəsindəki təmizləyici qurğuda əsaslıtəmir işləri tamamlanmaq üzrədir. Binə qəsəbəsindəki 7 saylı çirkab suları vuran nasosxananın 1.2 km təzyiqxətti dəyişdirilib.
Rayonun abadlığı ilə bağlı ötən dövrdə 40 minə yaxın təzə ağac və bəzək kolları əkilmişdir, suvarma xətləri çəkilmişdir.Bu dövrdə mərdəkan və Türkan qəsəbələrindəki BVM-də həlak olanların xatirə parklarında yenidən qurma işləri aparılmışdır.Mərdəkan qəsəbəsində “Soyqrım” aboidəsi şəhidlərinin xatirəısini əbadoləşdirmək məqsədilə yeni park salınıb istifadəyə verilmişdir.Buzovna qəsəbəsində Buzovna-Zaqulba yolunun sağ tərəfində əhalinin istirahəti üçün yeni park salınmışdır. “Şimal” DRES yaşayış massivində, Binə, Buzovna qəsəbələrində çoxmərtəbəli binaların daxili həyət sahələrində sakinlərin istirahəti və uşaqların əyləncəsi üçün meydaçalar abadlaşdırılıb,lazımı avadanlıqla təmin olunmuş, binalar təmir edilib.
Rayonun təhsil sistemi35 orta məktəb, 8 inernat məktəbi, 5 məktəbdən kənar uşaq müəssəsi,2 texniki peşə məktəbi, 2 Ali məktəb: - Polis akademiyası və Aviasiya Akademiyası , 1 siravi polis heyəti üçün məktəbdən ibarətdir. Bundan başqa 4 musiqi məktəbi fəaliyyət göstərir.Rayonda 24 uşaq baxçası,1 Sosial-Müdafiə Nazirliyi internatı, 1- İxtisaslaşdırılmış Ruhi-Əsəb Əlil və qocalar üçün internat evi, Dövlət Neft ŞirkətininSosial inkişaf İdarəsinin tabeliyində olan uşaq baxçası fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, 2006-ci il və 2007-ci ilin 7 ayı ərzində 213 saylı Zirə qəsəbəsi,214 saylı Türkan qəsəbəsi , 51 saylı “Şimal” DRES qəsəbəsi,131 saylı Mərdəkan qəsəsbəsi, 84 saylı Hövsan Südfçülük sovxozu 229 saylı Buzovna qəsəbəsində yerləşən uşaq bağçalarında əsaslı təmir işləri aparılmış və istifadəyə verilmişdir.
Hal-hazırda əsaslı təmir işləri Binə qəsəbəsindəki 152 saylı uşaq baxçasında, Şüvəlanda 78 saylı uşaq baxçasında aparılır.Təhsil ocaqlarında da təmir işləri aparılmışdır.”Şimal” DRES qəsəbəsində yerləşən 230 saylı məktəbdə günün tədbirlərinə cavab verən yüksək səviyyədə təmir və yenidənqurma işləri aparılmış, məktəb yeni müasir avadanlıqla təmin olunub istifadəyə verilmişdir.Bundan başqa Mərdəkan qəsəbəsindəki 123,183 saylı,Buzovna qəsəbəsindəki 26,206 saylı, Şüvəlan qəsəbəsindəki 237 saylı məktəblərin həyətlərində əlavə tədris korpusları tikilib istifadəyə verilmişdir.
Hal-hazırda Binə qəsəbəsindəki 117, 121, 136, 149 saylı məktəblərin həyətlərində əlavə tədris korpuslarının tikintisi aparılır. Ötən dövrdə uyğunlaşdırılmış binalarda yerləşən məktəblər üçün yeni binalar tikilib.Belə ki, Qışlaq kəndində 122 saylı məktəb, Türkan üzümçülük savxozunun ərazisində yerləşən 256 saylı məktəblər üçün yeni binalar tikilib istifadəyə verilmişdir.Hövsan südçülük savxozunun ərazisindəki 218 saylı məktəb üçün və Şüvəlan qəsəbəsindəki 156 saylı məktəb üçün yeni binaların tikintisi aparılır.Bu dövrdə Zirə fermasının ərazisində yeni məktəb binası tikilib istifadəyə verilib, Albalılıq yaşayış sahəsində yeni məktəb binasının tikintisi tamamlanmaq üzrədir.Yeni Qala qəsəbəsində qaçqın və məcburi üçün yeni məktəbin tikintisi davam olunur.Yeni məktəblərin tikintisi H.Əliyev Fondu tərəfindən aparılmışdır.Şüvəlan qəsəbəsindəki Zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün Respublika İnternat məktəbində, Yetim və Valideyn Himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbində , Mərdəkan qəsəbəsindəki2 saylı internat məktəbində, Türkan qəsəbəsindəki Nitqi qüsurlu uşaqlar üçün xüsusi məktəbdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işləri aparılmışdır.Şüvəlan qəsəbəsindəki Makarenko adına Humanitar fənlər üzrə gimnaziyada, Mərdəkan qəsəbəsindəki Oğlanlar üçün xüsusi məktəbdə və Buzovna qəsəbəsində 13 saylı internat məktəbdə əsaslı təmir işləri aparılıb.
Rayonun Səhiyyə sahəsini 30 xəstəxana və sanatoriya əhatə edir.Son illər ərzində sahibkar Kəbirə Məmmədova Mərdəkan qəsəbəsində və Qışlaq kəndindən Ambulatoriya açılıb.Hal-hazirda Zirə qəsəbəsində poliklinika və xəstəxana üçün binanın tikintisi davam edir.Binə qəsəbəsindəki 29 saylı BŞX-ın poliklinika binası sökülüb yerində təzə bina tikilir, Buzovna qəsəbəsindəki 14 saylı BŞX-ın poliklinika və stasionar bölmələrində əsaslı təmir işləri aparılır,”Şimal” DRES-dəki 31 saylı BŞX yenidənqurma və əsaslı təmirdən sonra, fəaliyyət göstərir.Qeyd etmək lazımdır ki, Türkan, Zirə, Şüvəlan qəsəbəsində səhiyyə obyektləri Heydər Əliyev Fondu hesabına təmir olunub.
Türkan qəsəbəsindəki 1 saylı Ağ-ciyər vərəm sanatoriyasında əlavə müalicə korpusunun tikintisi, Şüvəlan qəsəbəsindəki 5 saylı uşaq vərəm sanatoriyasında “Sağlamlıq” şöbəsində yaradılması ilı bağlı işlər aparılır.
Rayonda 12 mədəniyyət sarayı, klub, mədəniyyət evi fəaliyyət göstərir.Son ilyarımda Mərdəkan mədəniyyət sarayındayenidənqurma və əsaslı təmir işləri aparılmışdır.Hal-hazırda Binə qəsəbəsindən klub-kitabxana, musiqi məktəbi kompleksinin,Zirə qəsəbəsində klub-kitabxana kompleksinin tikintisi davam edir.Gürgan qəsəbə klubunda təmir işləri aparılır. Qəsəbələrdə 10kitabxana fəaliyyətdədir.Ötən ilin sonunda rayonun Mərkəzi kitabxanası üçün yeni bina tikilmiş, müasir avadanlıqla təmin olunmuşdur.Bu işi Heydər Əliyev Fondu görmüşdür.
Qala qəsəbəsindəki kitabxana ,Buzovna qəsəbəsindəki M.Əzizbəyov adına kitabxana ,Mərdəkan qəsəbəsindəki C.Cabbarlı adına kitabxana əsaslı təmir olunmuşdur.Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbi əsaslə təmirdən sonra fəaliyyət göstərir.
Son illər Türkan qəsəbəsindəki parkda mini-futbol, basketbol-voleybol meydançaları tikilib, Pirallahı qəsəbəsindəki stadion əsaslı təmirdən sonra fəaliyyət göstərir. Türkan qəsəbəsində yeni şahmat klubu, kompyuter mərkəzi tikilib, Buzovna qəsəbəsindəki “Gənclik” stadionunda rekonstruksiya işləri aparılır, Zirə qəsəbəsində yeni salınan parkda idman meydançalarının tikintisi, Pirallahı qəsəbəsində idman Sarayının tikintisi, Şağan qəsəbəsində Olimpiya kompleksinin tikintisi davam edir.
Mərdəkan qəsəbəsində Nəbatat bağı fəaliyyət göstərir,burada məşhur rus şairi S.Yeseninin ev-muzeyi yerləşir.
Islam dini-əxlaqi ənənələrinin qorunub saxlandığı rayonumuzda pir,ziyarətgah,məscid və ibadət yerləri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində “Pirhəsən”, Buzovna qəsəbəsində “Əli Ayağı Qədəmgahı”, Şüvəlan “Mir-Möhsün-Ağa” ziyarətgahı və qəsəbələrdə 16 məscid fəaliyyət göstərir.Son dövrlərdə Heydər Əliyev fondu tərəfindən Binə qəsəbəsindəki “Mövsüm-Səlim” və “İmam Rza” məscidləri əsaslı sürətdə təmir edilmiş, Hörmətli Prizdentimiz İlham Əliyev cənabları tərəfindən isə “Pirhəsən” Ziyarətgahı Təmir edilmiş,burada yeni məscid tikilmiş,H.Z.Tağıyevin, Axund Hacı Turab Axsundovun məqbərə kompleksi yenidən qurulmuşdur. Hazirda Buzovna qəsəbəsindəki “Cümə” məscidi H. Əliyev Fondu tərəfindən təmir edilir.
Rayon ərazisində həm dünya, həm ölkə və həm də yerli əhəmiyyətli tarixi abidələr mövcuddur. Dünya əhəmiyyətli abidələr sırasına Mərdəkan qəsəbəsindəki XII-XIV əsr Böyük və Kiçik qəsrlər (qalalar), ölkə əhəmiyyətli memarlıq abidələrindən Qala tarix –etnoqrafiya Müzeyi və onun tikililəri, Şağan qəsəbəsindəki XIV əsr qalası, Mərdəkan qəsəbəsindəki Tubüşah məscidi XV əsr Həsən türbəsi və Axund Abu Turabun 1908- ci ildə tikilmiş Türbəsi aiddir. Ölkə əhəmiyyətli park və bağlar siyahısına Mərdəkan qəsəbəsindəki Azərbaycan Respublikası Elmlər Akademiyasının Dendro parkı,ölkə əhəmiyyətli arxeloji abidələr sırasında isə Gürgan qəsəbəsindəki XII-XIV əsr yaşayış yerləri e.ə III-I miniliklərə aid kurqunlar nekropolu və yaşayış yerləri, Türkan qəsəbəsindəki, e.ə. III-I miniliklərə aid kurqan çölü, tunc dövrünə aid köhnə qəbirsanlıq, e.ə.XIII-I əsr yaşayış yerləri, Dambada e.ə. XX-VI əsrlərə aid qədim yaşayış yerləri Mərdəkan qəsəbəsində Bəndüstü yaşayış yeri (tunc dövrü), Nekropol (e.ə. II-I minillik), köhnə qəbirsanlıq, Ağdaş düzü (Şüvəlan-Mərdəkan), Qoşa qışlaqda kurqanlar e.ə.II minillik), yaşayış yerləri,Dübəndi qaya üstü təsvirlər (e.ə. IV-I minillik), mağara yaşayış yeri Xaşaxuna kurkanları, Qala qəsəbəsi Qaya yalaqları (tunc dövrü), Buzovna da (e.ə. II-I minillik), yaşayış yeri,Şağan yaşayış yeri (tunc dövrü), Çilov adasında (orta əsr) yaşayış yeri, Zaqulbada (e.ə.II-I minillik) yaşayış yeri, Zirədə (e.əşI minillik) Kurqan, tunc dövrü yaşayış yeri, Qala qəsəbəsi XVII-XIII əsr 4 ədəd suovdanı daxildir.Yerli əhəmiyyətli abidələrdən Xəzər rayonundan 47 abidə -hamam, türbə,məscid,yaşay6ış yeri, sanatoriya, imarət,Mayak binası, pansionat binası və.s vardır.Qala tarix –Etnoqrafiya Qorğunun ərazisində isə 234-ə yaxın həyət, məscid,hamam vardır.
Yerli əhəmiyyətli arxoloji abidələr sırasına Xəzər rayonunun Damba, Qoşaqışlaq, Dübəndi,Qala,Buzovna,Şüvəlan,Pirallahi,Zirə qəsəbələrində XIV-XVI əsrlərə aid 10 ədəd yaşayış yeri, qəbirstanlıq və.s vardır.
Rayonda 10 bələdiyyə fəaliyyət göstərir; Bunlar Şüvəlan, Mərdəkan, Qala, Şağan, Buzovna, Binə, Zirə, Pirallahı- Gürgan və Çilov Neft deaşları bələdiyyələridir.Bu bələdiyyələrin inzibati ərazilərində tabeçiliyi Abşeron RİH-ə olan safxoz və təsərrufatlar fəaliyyət göstərmişdir.Hazırda bu təsərufatlarda çoxu ləğv edilmiş, yeni Məhdud Məsuliyyətli Cəmiyyətlər, Kənd Təsərrufatı Birlikləri yaradılmışdır.Zirə qəsəbələrində Südçülük,tərəvəzçilik, İlan zəhəri istesal edən kombinat, Türkan qəsəbəsində üzümçülük sofxozu, Qala qəsəbəsində Zeytun sofxozu, Binə qəsəbəsində Höfsan südçülük sofxozu , Binə donuzkökəltmə sofxozu, Binə ət istehsalı kompleksi, Buzovna qəsəbəsində sonradan Prezident Apatının İşlər İdarəsinə tabe olan Südçülük-tərəvəzçilik sofxozu vardır.Bu ərazilərdə savxozlar tərəfindən minlərlə digər rayon sakinlərinə torpaq sahələri ayrılmış, fərdi evlər tikilmişdir. Bundan əlavə Mərdəkan qəsəbəsində Mərdəkan Quşçuluq və Mərdəkan-Broyler quşçuluq təsərrüfatları fəaliyyət göstərir.Binə qəsəbəsi ərazisində son zamanlarda 3 böyük ticarət-satış yarmarkası fəaliyyət göstərir. Azərbaycan Respublikası Prizidentinin Sərəncamı ilə Ekaloji vəziyyəti sağlamlaşdırmaq məqsədi ilə bu yarmarkaların Qaradağ rayonuna köçürülməsi nəzərdə tutulub. Xəzər rayonu tarixən kurort və istirahət zonası olmuşdur.Burada Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 60 yaxın uşaq düşərgəsi, 6 pansionat, “Xəzər”, “Zaqulba”, “Mərdəkan”, “Abşeron”, ”Günəşli”, ”Bakılı”, “Qaranquş” sanatoriyaları fəaliyyət göstərmişdir. Hazırda bu sanatoriyalardan yalnız “Abşeron”, “Günəşli”,”Qaranquş”, “Mərdəkan” sanatoriyaları fəaliyyət göstərir. Uşaq istirahət düşərgələrində isə yalnız “Elm” və Ç.Mustafayevadına düşərgələr uşaqları qəbul edir. Zaqulbadakı məşhur “Gənclik” Beynalxalq Turizim Mərkəzi indi də, “Qazis”, “Xəzər-Qolden-Biç”, “ Holidey İnn” mehmanxanaları fəaliyyət göstərir.
Rayonda 130 şəhid ailəsi; 150 Qaradağ Müharibəsi əlili; 4 “ 20 Yanvar” şəhid ailəsi, 18 nəfər “20 Yanvar” əlili 5 nəfər “20 Yanvar”, xəsarət almışı,34 Çernobl AES əlili, 95 nəfər Böyük Vətən Müharibəsi əlili və iştirakçısı, 200-ə yaxın cəhbə veteranı, 300 nəfər Qarabağ müharibəsi veteranı, 20 minə yaxın təqaüdçü vardır.
Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.
Son xəbərlər
21.09.2011
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xəzər royonun Şüvəlan qəsəbəsində olmuşdur .
Prezident İlham Əliyev Şüvəlan qəsəbəsində yerləşən Şimal DRESS elektrik Stansiyasında 400 meqa vt gücündə 2-ci enerji blokunun təməl qoyma mərasimində iştirak etmişdir .
09.09.2011
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonun Mərdəkan qəsəbəsində olmuşdur .
Prezident İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta mətəbin və 181 saylı orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir .
07.09.2011
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xəzər rayonunun Qala qəsəbəsində olmuşdur .
Prezident İlham Əliyev Tarix və Etnoqrafiya Muzey Kompleksi ərazisində H.Əliyev fondutərəfindən aparılmış yenidən qurma işləri ilə tanış olmuş və burada tikilmiş Əntiq Qablar və Əşyalar Muzeyinin, yeni parkın açılış mərasimində iştirak etmişdir. Qəsəbədə yerləşən 92 saylı məktəbin təmirdən sonrakı vəziyyət ilə yaxından tanış olmuşdur .