Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti ağac əkmə aksiyası rayonunun Qala qəsəbəsində həyata keçirilib

03 dekabr 2020 | 16:00

3 dekabr 2020-ci il tarixdə rayonun Qala qəsəbəsində, Qala-Pirallahı avtomagistralının sağ hissəsində karantin rejiminin tələblərinə əməl olunmaqla Bakı şəhər İcra Hakimiyyəti ilə birgə ağacəkmə aksiyası keçirilib.

  

Ağac əkmə aksiyasında Xəzər  RİH başçısının I müavini, RİH Aparatının  kollektivi, Bakı şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, qəsəbə ağsaqqalları və qəsəbə sakinləri iştirak ediblər.

  

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində rayonun Qala qəsəbəsində  baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun olmaqla,1000 ədəd “Şam” ağacı əkilib.

  

Bundan əlavə yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları rayonun digər qəsəbələrində də davam etdirilir.

  

Keçidlər