Şriftin ölçüsü :

Saytın rəngi :

Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.

05 dekabr 2020 | 09:10

  Laçın rayonu ərazisinin böyüklüyünə görə, Kəlbəcərdən sonra ikinci böyük rayonumuzdur.Bu rayonun ərazisində 1 şəhər, 1 qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd olmuşdur. Laçın şəhəri 1924-cü ildə təsis edilib. Ərazisi 1.84 min kvadrat kilometrdir,işğaldan əvvəl əhalisi 65 430 nəfər olmuşdur.
  Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı  vardır. İşğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 110 ümumitəhsil məktəbi, 133 idarə və müəssisə, 5 məktəbəqədər və 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi və 1 rabitə müəssisəsi var idi. Laçın zəngin tarixə və nadir adidələrə malik olan diyardır.

  Laçın rayonu 1992-ci ilin mayın 18-də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatlarına qarşı  Azərbaycan ordusu əks hücuma keçərək düşmənin qarşısını almaqa müvəffəq oldu. Müzəffər Ali Baş Komandan və Qüdrətli Azərbaycan Ordusu sayəsində Vətən müharibəsinin 44 günü ərzində Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad edildi. Azad edilmiş ərazilərdə üçrəngli bayrağımız dalğalandı. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itgi ilə geri çəkildi. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi,hərbi texnikası məhv edildi.
  Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq  10 noyabr 2020-ci il tarixində kapitulyasiya sənədinə imza atmağa məcbur edilir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri, Ermənistan Respublikası baş nazirinin inzaladığı üçtərəfli bəyanata əsasən,  atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək siyasi yolla Ağdam, Kəlbəcər və Laçın əraziləri Azərbaycana qaytarılmalıdır.
  Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bir güllə atılmadan, heç bir ölüm olmadan Laçın rayonu 1 dekabr tarixində Azərbaycana verildi.
  Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir ! Bu isə Ali Baş Komandan və  Azərbaycan Ordusunun  qələbəsidir.
  Azərbaycan, Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri  7 rayondan  çıxarmaqla  işğal altında olan bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
  Prezident İlham Əliyev çıxışında:  Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz.Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu  Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
  Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
  Laçın bizimdir ! Qarabağ Azərbaycandır !

121 saylı tam orta məktəbin tarix müəllimi 

Əliyeva Vəsilə Ağaxan qızı

Keçidlər