Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda elmi-praktiki onlayn konfrans keçirilib

24 dekabr 2020 | 10:00

  Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında 23 dekabr 2020-ci ildə YAP-ın perspektiv fəaliyyət Proqramına uyğun olaraq onlayn elmi-praktiki konfrans keçirilmişdir. Onlayn elmi-praktiki konfransda Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin, dövlətçiliyimizin müasir uğurları və inkişaf perspektivləri, 8 noyabr Zəfər günü ilə bağlı mövzular müzakirə edilmişdir. Konfransda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ictimai və gənc fəallar iştirak etmişdir.
  Tədbiri giriş nitqi ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Prezident İlham Əliyevin fəaliyyəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı haqqında geniş çıxış etmişdir. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyəti, güclü və müasir ordu quruculuğu, Vətən müharibəsində böyük zəfər qazanılması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı öz fikirlərini bildirmişdir. Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov Azərbaycan siyasi maraqlarının yüksək səviyyədə qorunması, vətəndaşların sosial problemlərinin həllinin prioritetliyi və şanlı tarix yazmış görkəmli dövlət xadimi Prezident İlham Əliyevin fəaliyyəti haqqında geniş nitq ilə çıxış etdilər. Sonda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə doğum günü münasibətilə Xəzər rayon ictimaiyyəti adından təbrik məktubunun göndərilməsi qərara alındı.

      

Keçidlər