Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir

11 yanvar 2021 | 16:00

Xəzər rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı yaşıllıqların çoxaldılmasının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri də davam etdirilir.

  

  

Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayonun prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir.

    

  

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində rayonun Qala, Zirə, Türkan, və Mərdəkan qəsəbələrində ağac və gül kolları əkilmişdir.

      

Bundan əlavə yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları rayonun digər qəsəbələrində də müntəzəm davam etdirilir.

    

 

Keçidlər