Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi.

22 mart 2014 | 16:00

  Mart ayının 21-də Türkan Mədəniyyət Sarayının qarşısında Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilmişdir. Bayram şənliyində Xəzər rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovla yanaşı, Xəzər rayon idarə və müəsissə rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
       lk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması,  Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaratdı.
       Daha sonra qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış oldular. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin  iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratdı.
       Daha sonra şənlik  rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirildi.
      Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açıldı.

Keçidlər