Şriftin ölçüsü :

Saytın rəngi :

Havaların kəskin dəyişməsi ilə əlaqədar Xəzər rayonunda təxirəsalınmaz tədbirlər davam etdirilir

24 fevral 2021 | 16:00

Fevral ayını 23-ü axşamdan başlayaraq havanın kəskin dəyişməsi ilə əlaqədar Xəzər rayonunda təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

 Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyətində operativ qərərgah yaradılmış, rayon üzrə fəaliyyət göstərən aidiyyəti idarə-müəssə və təşkilatlarda məsul növbətçilər müəyyənləşdirilmiş, ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmaları üçün müvafiq tapşırıqlar verilmişdir.

 

 Yaradılmış Operativ qərərgah tərəfindən əvvəlcədən müəyyən edilmiş yolların, səkilərin qardan vaxtında və operativ təmizlənməsi üçün təhkim olunmuş cavabdeh təşkilatlar məlumatlandırılmış, rayon MKTB-nin tabeliyində olan texnikalar hazır vəziyyətə gətirilərək, qum və duz tədarükləri görülmüş, işçılər arasında xüsusi iş qrafiki təsdiq olunmuşdur.

 

 Aparılan qabaqlayıcı tədbirlərin nəticəsində maşın-mexanizmlər və canlı qüvvə cəlb olunmaqla gecəboyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər nəzarətdə saxlanılmış, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülmüşdür.

 

 Hava şəraiti ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibari ərazi dairələri üzrə nümayəndəlikləri, mənzil kommunal təsərrüfat birlikləri və bələdiyyələr tərəfindən təxirəsalınmaz tədbirlər hazırda da davam etdirilir.

  

 

 

 

Keçidlər