Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesi uğurla davam edir

19 mart 2021 | 16:00

  Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində hazırda Xəzər rayonunda yaşı  50-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesi uğurla davam etdirilir.
  Rayon sakinləri vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər.
  Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi başda olmaqla digər idarə, müəssisə və təşkilatlarda çalışan, yaşı 50-dən yuxarı olan əməkdaşlar könüllü olaraq peyvənd olunublar.
  Rayon əhalisinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüş, rayon üzrə fəaliyyət göstərən tibb mərkəzlərində peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmişdir.
  Bundan əlavə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar tərəfindən vətəndaşlar arasında maarifləndirmə işləri aparılır,  könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməkliklər  göstərilir.
  Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər