Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon iməciliyi keçirilib

19 mart 2021 | 16:00

  19 mart 2021-ci il tarixində Xəzər rayonunda ümümrayon iməciliyi keçirilmişdir.

 

 

  İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb. Ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına yeni ağac və gül kolları əkilmişdir.

 

 

 

  Həmçinin, prospekt və mərkəzi küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, dayanacaqların, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yeraltı piyada keçidlərinin və parklarda mövcud olan oturacaqların, eləcədə, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri həyata keçirilmişdir.

 

 

 

 

Keçidlər