Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilmişdir

01 aprel 2021 | 10:00

 Xəzər rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilmişdir.

  

 31 mart 2021-ci il tarixində keçirilən tədbirdə 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin Mərdəkan qəsəbəsində yerləşən məzarı ziyarət edilmişdir.

 

 Tədbirdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, RİH Başçısının qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.

  

 

 Tədbir iştirakçıları ilk öncə soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad etmiş,  əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzərək əsgərlərin ruhuna öz ehtiramlarını bildirmişlər.

 

 

 

Keçidlər