Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “9 May faşizm üzərində qələbə günü“nə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir

08 may 2021 | 10:04

06 may 2021-ci il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış istirahət parkında Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “9 May faşizm üzərində qələbə günü“nə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.

 

Tədbir xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq həyata keçirilmişdir.

 

Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd 1941-1945-ci il Böyük Vətən Müharibəsini gənc nəslə daha yaxından tanıtmaq və istedadlı gənclərin bacarıqlarını aşkar etməkdir.

 

Müsabiqədə 10 nəfər gənc iştirak etmişdir. Onlardan  Feyzullayeva  Leyla Rafiq qızı 1-ci yerə, Babayeva Gülnarə Sadıx qızı 2-ci yerə, Nəcəfova Zeynəb İbrahim qızı isə 3-cü yerə isə layiq görülmüşlər.

 

Sonda qaliblərə Xəzər Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələri  təqdim olunmuşdur.

 

Keçidlər