Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı olaraq ziyarət olunur

30 iyun 2021 | 16:00

İyunun 30-da Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mansurov Elçin Elşən oğlunun ailəsini ziyarət ediblər.
   Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür edilib.
   Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
    Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib.

Keçidlər