Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

08 iyul 2021 | 16:00

8 iyul 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə  Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.
   Müşavirədə RİH Başçısının I müavini Elşən Qurbanov, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Rasim Bağırov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev, RİH Başçısı Aparatının Şöbə müdirləri, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, mənzil-kommunal təsərrüfatı birliklərinin rəhbərləri, eləcə də, FHN-nin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.    
   Müşavirəni giriş sözü ilə açan Xəzər  Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanov Xəzər  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
  Digər çıxışçılar 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Rasim Bağırov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Azər Seyidzadə, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Ədalət Muradov, Xəzər Rayon Sukanal İdarəsinin rəisi Mübariz Nəsirov mövzu ətrafında hesabat xarakterli çıxışlar etdilər.
  Tədbirin sonunda  müşavirədə iştirak edən idarə və müəssisə rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə yanğın təhlükəsizliyi ilə bağlı lazımi məlumatlar verilmişdir.

Keçidlər