Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Rayonun Mərdəkan qəsəbəsində Heydər Əliyev adına istirahət parkının açılış mərasimi olmuşdur.

13 iyun 2014 | 15:00

  12.06.2014-cü il tarixdə Xəzər rayonunda -15 iyun Milli Qurtuluş günü münasibəti ilə Rayonun Mərdəkan qəsəbəsində Heydər Əliyev adına istirahət parkının açılış mərasimi olmuşdur.  Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı cənab Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə, müəsissə rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.  
Yeni açılmış parkda yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada sakinlərin oturub istirahət etmələri üçün kölgəliklər, balaca sakinlər üçün isə əyləncə yerləri, müxtəlif atraksionlar,  yeniyetmə və gənclər üçün mini-futbol meydançası yaradılmışdır.

Keçidlər