Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə -15 İyun Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.

14 iyun 2014 | 15:00

   12.06.2014-cü il tarixdə Xəzər rayonunda -15 iyun Milli Qurtuluş günü münasibəti ilə Rayonun Mərdəkan qəsəbəsində Heydər Əliyev adına istirahət parkının açılış mərasimi olmuşdur.  Açılış mərasimində RİH-nin başçısı cənab Gülağa İslamov, Millət vəkili Rauf Əliyev,  Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev , YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,  rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəsissə rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
  Yeni açılmış parkda yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada sakinlərin oturub istirahət etmələri üçün kölgəliklər, balaca sakinlər üçün isə əyləncə yerləri, müxtəlif atraksionlar,  yeniyetmə və gənclər üçün mini-futbol meydançası yaradılmışdır.
  Rayon icra hakimiyyətinin  təşkilatçılığı ilə həmin günü axşam saatlarında müasir Azərbaycan tarixinin  əlamətdar günlərdən biri - 15 İyun Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.  Rayonun Heydər Əliyev adına İstirahət Parkında açıq havada baş tutan bayram konsertində Respublikamızın tanınmış incəsənət ustaları və 5000 (beş min) dən çox rayon sakinləni iştirak emişdir. Həmçinin Bayram konserti zamanı televiziya vasitəsi ilə əsası Ümummilli liderimiz Heydər Əliyev  tərəfindən qoyulmuş " Düzgün yol " və onun layiqli davamçısı olan möhtərəm prezident İlham Əliyevin və Xəzər rayonundan seçilmiş Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın,rayona olan xüsusi diqqəti və qayğısı nəticəsində son illərdə rayonda aparılan abadılıq quruculuq işlərini əks etdirən qısametrajlı  film nümayiş etdirilmişdir. 
Bayram tədbiri  İctimai Televiziya vasitəsi ilə canlı  yayımlanmışdır. Tədbir sonda atəşfəşanlıqla yekunlaşmışdır.
 

Keçidlər