Şriftin ölçüsü :

Saytın rəngi :

H.Z.Tağıyev adına 123 №li tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi

14 dekabr 2021 | 16:00

14.12.2021-ci il tarixdə Mərdəkan qəsəbəsində yerləşən H.Z.Tağıyev adına 123 №li tam orta məktəbdə Respublika Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları və Xəzər RİH Aparatı yanında Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda məktəbin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbir keçirilmişdir.
   Tədbir Narkomaniya ilə bağlı filmin nümayişi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Xəzər rayon Narkomaniya ilə Mübarizə Komissiyasının sədri, Xəzər RİH başçısının I müavini cənab Elşən Qurbanov açaraq, son dövrlərdə ümumbəşəri bəlaya, ailələrin faciəsinə çevrilmiş narkomaniyadan və Xəzər rayonunda Komissiyanın üzvü olan Polis İdarəsi, Prokurororluq, Təhlükəsizlik Xidməti, Məhkəmə, Gənclər və İdman İdarəsi, Təhsil və Səhiyyə müəssisələri ilə birgə aparılan mübarizədən söhbət açdı.

 

Sonra çıxış üçün söz ardıcıl olaraq Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrup rəhbərinin müavini, polkovnik Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Respublika Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin baş həkimi İlham Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadəyə verildi.
    Çıxış edənlər bu böyük bəladan, ona mübtəla olma yollarından, narkomaniyanın 98% sağalmayan, çox bahalı xəstəlik olmasından və bu bəlaya qarşı  Respublika səviyyəsində aparılan mübarizə metodlarından, narkomanlığın təyini üsullarından və müalicə metodlarından danışaraq şagirdlərin verdikləri sualları cavablandırdılar.

 

Eyni zamanda, ölkəmizə xaricdən gətirilən tonlarla narkotik vasitənin müsadirə edilməsi istiqamətində müasir yollarla mübarizə aparıldığı və 44 günlük Vətən Müharibəsində Qələbədən sonra sərhədlərimizin bərpa edilməsi bu mübarizənin effektliyinin artırıldığını vurğulamışlar. Gənclərimizin ayıq-sayıq olmalarını, narkotik aludəçiləri və satışı ilə məşğul olanlar barədə Respublika “802” xidmətinə anonim şəkildə və yaxud DİN-in “102” xidmətinə məlumat verilməsini tövsiyə etdilər.
    Bundan əlavə Xəzər rayon Prokurorunun müavini Zaur Ağakişiyev, Xəzər rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov, Xəzər rayon DTX-nın əməkdaşı Ramil Nurməmmədov, Xəzər rayon Təhsil İşçiləri azad Həmkarlar ittifaqının sədri Həzərxan Əbilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xəzər rayonu üzrə kuratoru Əfqan İskəndərov çıxış edərək, narkomanlığa qarşı rayonda aparılan mübarizədən məlumat vermiş və gənclərimizə gələcək həyatlarında sağlamlıq, zərərli vərdişlərdən çəkinmək Müstəqil Respublikamızın daha da güclü olması üçün layiqli vətəndaş kimi yetişməyi arzu etmişlər.

 

Keçidlər