Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Xəzər rayonunda tədbir keçirilmişdir

19 yanvar 2022 | 16:00

   19.01.2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmmuş anım tədbiri keçirilmişdir.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH aparatının əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, həmçinin 20 Yanvar şəhid ailələri və əlilləri iştirak etmişdir.
    Tədbir iştirakçıları ilk öncə qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar. 
    Tədbirin bədii hissəsinin açılışında, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Sonra 20 Yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş edilmişdir. O qanlı yanvar gecəsində vətənin, xalqın kimliyinin, mənliyinin müdafiəsi yolunda canlarını qurban verənlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi, sonda isə 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəmanlığını göstərən “Bir dəniz hünər” filmi nümayiş olunmuşdur.
     Tədbir Xəzər RİH, Mərdəkan Mədəniyyət Sarayı və 124№li tam orta məktəbin kollektivinin təşkilatçılığı ilə həyata keçirilmişdir. 
     Tədbirdən sonra Xəzər RİH əməkdaşları 20 Yanvar faciəsi zamanı qəhrəmancasına şəhid olan Mövludov Fuad Fərhad olğlunun ailəsini ziyarət etmişdirlər.
     Görüş zamanı şəhid ailəsinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmışdır. Şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan ziyarətçilər ölkə prezidenti cənab İlham Əliyevin hər zaman şəhidlərimizin fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd etmişdirlər.
     Ziyarət zamanı şəhid ailəsi dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.  

Keçidlər