Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayonu Şüvəlan qəsəbəsində ümumrayon iməcliyi keçirilmişdir.

19 iyul 2014 | 15:00

  19.07.2014-cü il tarixində Bakı Şəhəri Xəzər Rayonu Şüvəlan qəsəbəsində  ümumrayon iməcliyi keçirilmişdir. İməclikdə Xəzər Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə, təşkilat  kollektivləri  iştirak etmişdir .
   Keçirilən iməclik zamanı ərazidə əkilən  1000 ədədə yaxın  ağac suvarılmış və ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir. Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır .

Keçidlər