Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat konfransı keçirilmişdir.

22 iyul 2014 | 15:00

 22 iyul 2014-cü ildə  Xəzər rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair  hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında birinci yarım ilin yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr də müzakirə edildi.
   Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov hesabat məruzəsi ilə çıxış edərək, hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəricilərinin yüksək olduğunu, müxtəlif sosial proqramların uğurla icra olunduğunu vurğulamışdır.
    10 iyul 2014-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cu ilin 1-ci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında  ölkə başcısı qeyd etmişdir ki, ötən dövrdə  iqtisadiyyatımız 2,1 faiz,  qeyri neft sektorunun inkişafı 7  faiz, əhalinin pul gəlirləri  4,7 faiz, kənd təsərrüfatında  6 faiz artmışdır. İşsizliyin səviyyəsi azalmış, yoxsullugun səviyyəsi  10 faizdən  aşagı olmuşdur. İnfilyasiya  cəmi  1,6 faiz təşkil etmişdir. 
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
   Ötən dördə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayət olunmuşdur.
    Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı  126 milyon 448,3 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 98,9 % olmuşdur.
    Nəqliyyat sektorunda 282 milyon 140,5 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə 14,7 % cox olmuşdur.
    Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 2 milyon 332,1 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% cox rabitə xidməti göstərilmişdir.
    Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 87 milyon 998,3 min manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların  65 milyon 884,4 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,6 faiz təşkil etmişdir.
   İstehlak və xidmət bazarlarında əhaliyə 42 milyon 112,0 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  41 milyon 670 min  manata, pullu xidmətlərin  həcmi 445,0 min manata çatmışdır.
   Ticarət şəbəkəsindən satılmış məhsulların 19,8 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 0,3 fazi kənd təsərrüfatı bazarları, 79,9 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
  Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2013-cu illə müqayisədə 14 faiz azalaraq 554,0 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 24 faiz artaraq  955,7 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 85,1 faiz olaraq 833,9 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 385 yeni iş yeri açılmışdır. Bunun 4-ü yeni yaradılmış müəssisə və təşkilatlar, 15-i mövcud müəssisə və təşkilatlar, 366-si isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son 11 il ərzində rayon ərazisində 16 min  151 yeni iş yerləri açılmışdır.
2014-cu ilin yarımilində  rayonun yerli  xərcləri  4 milyon  544 manata  qarşı  2 milyon  164 min   682  manat  icra olunmuşdur.
Ayrı-ayrı bölmələr üzrə xərclərin icrası aşağıdakı  kimi  olmuşdur.
«Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə  orqanlarının saxlanılması» bölməsi üzrə hesabat dövründə 957 min 009  manata qarşı 384 min  528 manat ;
«Mənzil və Kommunal Təsərrüfatı» bölməsi üzrə 2 milyon 727 min 208 manata qarşı 1 milyon 766  min 154  manat ,
  Əsas bölmələrə aid edilməyən xərclər bölməsi üzrə 316 min 327 manata qarşı 13 min  998  manat  vəsait  icra olunmuşdur
       Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
     Hesabat dövründə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına məkəzi park yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Umumi sahəsi 2,6 hektar olan  parkda 17 min 274  kv.m üzlük yer daşı, 2800 paqon metr səki daşı, 1100 kv.m üzlük daşı, 85 kv.m qranit daşı, 3.800 paqon metr aglay daşı vurulmuş, 14 min 144 kv.m sahəyə qazon əkilmiş, 1580 paqon metr su xətti, 690 paqon metr elektrik xətti çəkilmiş və 171 paqon metr qaz xəttinin yeri dəyişdirilmişdir. Parkın ərazisində səhnə, 3 fəvvarə və 3 söhbətgah tikilmiş, N.Rəsulov küçəsindəki, parka paralel olan 5 mərtəbəli yaşayış binasının 1080 kv.m damı  yenidən qurulmuş,  binanın fasadına müasir üslubda aglay daş vurulmuşdur.
     Hazırda Süvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım, Mərdəkan qəsəbəsinin Yesenin və Binə qəsəbəsinin İsazadə kücələrinin yenidən qurulması, o cümlədən divarlara aglay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu  milli və tarixi elelemntlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
      Yaşıllıqların salınması ilə əlaqədar 2014-cü ilin 1-ci yarımili  ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə   34 min 824 agac əkilmişdir. Mərdəkan qəsəbəsində 2500, Şüvəlan qəsəbəsində 564, Binə qəsəbəsində 150, Buzovna qəsəbəsində 750, Zirə qəsəbəsində 30 min, Türkan qəsəbəsində 750, Şagan  qəsəbəsində 110 agac əkilmişdir. Hazırda da  ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq  işləri  davam etdirilir.
    Hesabat dövründə Şüvəlan-Mərdəkan-Qala və Qala-Pirallahi  magistral yollarının yenidənqurulması ilə əlaqədar işlər davam etdirilir, yolkənarlarında xarici görünüşə xələl gətirən qeyri qanuni tikililər sökülür. Hazırda da həmin ərazidə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi  haqqında  Fərmana müvafiq olaraq işlər davam etdirilir.
Hesabat dövrundə  asfalt yolların əsaslı və cari təmiri istiqamətində  Şüvəlan  və Mərədəkan qəsəbələrində 15 küçədə cəmi 28.963 kv.m  yeni asfalt örtüyü salınmışdır.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2014-cü ilin 1-ci yarımili ərzində 64.041  kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 19.786 ton içməli su daşınmışdır. Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 3541 ton cirkab maye daşınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar idarəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində  Mərdəkan qəsbəsində 1900 , Buzovna qəsəbəsində 14.961, Binə qəsəbəsində 4042 , Türkan qəsəbəsində 1200,Qala qəsəbəsində 2100, Şüvəlan qəsəbəsində 1100, Zirə qəsəbəsində 700, Şagan qəsəbəsində 2000 paqon metr olmaqla cəmi rayon uzrə 28,3 min  paqon metr  qaz xətti çəkilmiş və dəyişdirilmişdir
    Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 102,9 % , abonentlərin ödənişdə  iştirakı isə 36 faiz olmuşdur.
      Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 4 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 9 ədəd güc transformatoru dəyişdirilmiş, 377 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 1069 metr kabel  çəkilmişdir.
     Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 100,3 faiz, abonentlərin ödənişdə iştirakı 65% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
     Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə  müxtəlif ölçülü 962 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş,  7805 paqon metr su xətti cəkilmiş, 1423 evə su birləşməsi verilmiş, 3231 ədəd saygac quraşdırılmışdır. Əhalini su təminatını yaxşılaşdırmaq məqsədilə 12 ədəd su quyusunun  nasosları  yenisi ilə əvəz edilmiş, 100 ədəd su nasosu təmir edilmişdir.
Kanalizasiya xəttləri üzrə keçən dövrdə  mexaniki usulla və maşınla cəmi 19.910 paqon metr kanalizasiya xətti ,  27 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir . Dövlət Proqramına uygun olaraq hesabat dövründə  cəmi rayon ərazisində 2945 paqon metr kanalizasiya xətti çəkilmişdir.
Hesabat dövründə əhaliyə  1.279,3 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 1.225,2 min manat yıgım aparılaraq ödənişə 98,3 faiz nail olunmuşdur.
      Hesabat dövründə Heydər Əliyev Fondu və Dövət Proqramı çərçivəsində Təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 və 4 saylı, Türkan qəsəbəsində 6 saylı internat məktəblərinin yenidən qurulması, Zirə qəsəbəsində Dalga uşaq düşərgəsinin tikintisi, Binə qəsəbəsində 121 saylı orta məktəbin əsaslı təmiri davam etdirilir, Şagan qəsəbəsindəki 124 saylı məktəb üçün yeni binanın tikintisi tamamlanmaq üzrədir.  Qala hərbi şəhərciyində isə Təhsil nazirliyi tərəfindən 216 saylı məktəbin cari təmirinə başlanılmışdır.Mədəniyyət, Gənclər və idman sahələri  üzrə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına Park, Türkan qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş  Abidə-park kompleksi, Buzovna qəsəbəsində Mədəniyyət evi və Şüvəlan qəsəbəsində Gənclər Evi yenidən tikilərək istifadəyə verilmişdir.Türkan, Mərədəkan və Buzovna qəsəbələrində idman mərkəzlərinin tikintisi  hazırda davam etdirilir.
      Hesabat dövründə digər sahələr üzrə  Şüvəlan qəsəbəsində Şimal DRES-in 11 blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının və İmam Rza məscidinin, Buzovna qəsəbəsində Yangın mühafizə bölməsinin tikintisi davam etdirilir.
    Səhiyyə sahəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının göstərişinə uyğun olaraq 2014-cü ilin fevral ayının 17-dən  may ayının 1-dək Respublika əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Xəzər rayonunda əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Xəzər RİH Başçısının 11.02.2014-cü il tarixli, 110 nömrəli Sərəncamı ilə komissiya yaradılmış, rayonun idarə, müəssisə və təşkilatlarının, qəsəbə nümayəndəlikləri, bələdiyyə sədrlərinin iştirakı ilə geniş yıgıncaq keçirilmiş ,  tibbi müayinənin mütəşəkkil keçirilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Müayinə zamanı ilk növbədə rayonun idarə və müəssisələrində işləyən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Ilkin müayinələr həkim-terapevtlər tərəfindən aparılaraq, ehtiyac duyulduğu təqdirdə vətəndaşlar digər ixtisaslı həkimlər tərəfindən müayinə olunmuş, müxtəlif labarator-instrumental müayinə metodlarından keçmişlər.
Ümumilikdə fevral-may aylarında rayon əhalisinin 18 yaşdan yuxari olan 77 min nəfəri tibbi müayinədən keçmişdir. Tibbi müayinənin gedişi dəfələrlə mətbuatda və televiziyalarda geniş işıqlandırılmışdır.
   2014-cu ilin 6 ayı   ərzində Sosial Müdafiə Fondu tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 18 milyon 485,1 min manat təşkil etmiş, 16 min 164 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmişdir, Onlardan yaşa görə  10 min 670  nəfər, əlilliyə görə 3 min 997 nəfər, ailə başçısının itirməsinə görə 1497 nəfər  pensiyaçıya vəsait ödənilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 1153 ailə müraciət etmişdir ki, bunlardan 867 ailəyə  müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2148 nəfər ailəyə 272 min 791 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq mərkəzinə 621 nəfər işaxtaran vətəndaş  müraciət etmişdir. Onlardan  297 nəfəri gənc, 42 nəfəri sərbəstləşmə ilə işini itirənlər, 282 nəfəri kadr  axıcılığı ilə işdən azad olunanlar, 6 nəfəri hərbi xidmətdən tərxis olunanlar,  31 nəfəri  məcburi köçkün və qaçqınlar və 4 nəfəri isə cəzaçəkmə yerlərindən azad olunanlardır.
Hesabat dövrü ərzində  Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 236 nəfəri münasib işlə təmin  edilmişdir ki, onlardan 69 nəfəri dövlət və bələdiyyə, 167 nəfər xüsusi  mülkiyyət və fiziki şəxslərdə işə düzəlmişlər. İşlə təmin olunmuş  236 nəfərdən 21 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan 14 nəfəri kvota üzrə işə düzəlmişlər.
Xəzər Telefon Qovşagı tərəfindən 6 ay ərzində rayon ərazisində 949 metr kabel kanalizasiya qurguları tikilmiş, 12.188 metr yeraltı kabel, 1831 metr optik lifli kabel çəkilmişdir.Tarif gəliri üzrə 2.338,0 min manat proqnoza qarşı 2.398,0 min manat gəlir əldə etməklə proqnozu 117,5% yerinə yetirilmişdir.Əhaliyə göstərilən rabitə xidmətləri üzrə 1.637,0 min manat proqnoza qarşı əhaliyə 2.398,6 min manat həcmində xidmət göstərərək proqnozu 147,0% icra etmişdir. Hesabat dövründə rayon üzrə 1236 yeni telefon sənədləşdirilərək abunəci tutumu 57.681 nömrə təşkil etmişdir.Qovşaq üzrə 2536 ədəd ADSL artırılaraq  umumi internet istifadəçilərinin sayı 16.783 nömrəyə çatdırılmışdır.
     Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xətirəsi ehtiramla yad edilmişdir.
Novruz bayramı münasibətilə Turkan Mədəniyyət sarayının qarşısında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti  və  tonqal  ətrafında şənlik təşkil olunmuş, atəşfəşanlıq keçirilmiş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə  ərzaq  yardımı paylanılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan mədəniyyət sarayının qarşısında Gül bayramı təşkil olunmuş, rayonun  idarə, müəssisə,təkilatları, o cümlədən  məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir.  Tədbirdə respublikanın tanınmış sənət adamları rayon ictimaiyyətinin nümayəndələri qarşısında  maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Hesabat dövründə Azərbaycan xalqının umummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 ci ildönümü münasibətilə silsilə tədbirlər kecirilmişdir. Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar  Xəzər rayonunun məktəblərinin XI sinif şagirdləri üçün  YAP Xəzər rayon təşkilatının binasında mühazirələr təşkil olunmuşdur. Rayon üzrə 29 tam orta məktəb, 2 gimnaziya və  14 məburi köçkün məktəbləri olmaqla cəmi 45 məktəbdə təhsil alan  3.125  XI sinif şagirdləri tədrisə cəlb olunmuşdur.
Heydər Əliyev irsinin öyrənilməsi və təbligi ilə əlaqədar  Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Xəzər rayonunun 12 məktəbindən 15 nəfər  müəllim məruzəçi qismində tədrisə cəlb edilmiş və mövzular slaydlar vasitəsilə şagirdlərə  əyani izah olmuşdur.
15  iyun Milli Qutuluş günü ilə əlaqədar yenidən qurulan  Heydər Əliyev adına Parkda  5 mindən cox tamaşaçının iştirakı ilə bayram konserti keçirilmişdir. Konsert proqramı İctimai televiziyanın efirində canlı yayımlanmış və respublikanın tanınmış sənət adamları maraqlı proqramla rayon ictimaiyyətinin nümayəndələri qarşısinda cixiş etmişdirlər.
       2014-cu ilin 1-ci yarımilində Xəzər RİH Aparatına 1778 ərizə, şikayət və müraciət və 1024 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 1778 ərizə və muraciətdən 694 ərizə musbət həll edilmiş, 1020 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 64 müraciət isə icraatdadır.
   Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 53 nəfər vətəndaş olmuşdur. Maddi köməklik edilməsi ilə  əlaqədar  3 nəfər aztəminatlı vətəndaşa    maddi yardım göstərilmişdir.
  2014-cü ilin 1-ci yarımilndə RİH Başçısı tərəfindən qəsəbələrdə 12 səyyar qəbul keçirilmiş, 1063 nəfər iştirak etmiş və 42 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
RİH Başçısı G.İslamov sonda Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını bildirmişdir.  
   Tədbirin sonunda Prezident İlham Əliyev tərəfindən dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə təltif edilən rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  müdiri İbrahim Mustafayevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı   təqdim olundu..

Keçidlər