Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayonunun Türkan qəsəbəsində ”Bilik Günü” münasibətilə növbəti genişmiqyaslı iməclik keçirilmişdir.

13 sentyabr 2014 | 15:00

     Xəzər rayonunda yeni yaşıllıqların salınması, yeni ağacların əkilməsi və əkilmiş ağaclara qulluğ edilməsi istiqamətində işlər davam etməkdədir.
Belə k i, 13 sentyabr 2014-cü il tarixində Xəzər Rayonunun Türkan qəsəbəsində    ”Bilik Günü” münasibətilə növbəti genişmiqyaslı iməclik keçirilmişdir. İməclikdə Xəzər rayon İcra Hakimiyyətinin, təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələri iştirak etmişdir.
       Keçirilən iməclik zamanı Türkan qəsəbəsinin mərkəzi küçəsində yolun hər iki tərəfində yaşıllıqlar salınmış, qoruyucu taxta hasarlar çəkilmiş,  yolun kənarlarındakı bardürlər yenidən rənglənmişdir.
Qəsəbədə fəaliyyət göstərən 119, 262, 256 saylı tam orta məktəb və Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün yenicə əsaslı təmirdən çıxmış internat məktəbi ətraflarında təmizlik və abadılıq işləri görülmüşdür.
Mərkəzi yoldakı 1000 ədəddən çox ağaclar suvarılmış və ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmişdir. Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır .

Keçidlər