Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurban bayramı” münasibətilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində bayram konserti keçirilmişdir.

05 oktyabr 2014 | 15:00

   05 oktyabr 2014-cü il tarixdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində  yerləşən Heydər Əliyev adına istirahət parkında, Rayon İcra Hakimiyyətinin və Milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan, qafqazın ilk müstəqil radio stansiyası olan ANS CM-in  birgə təşkilatçılığı ilə  açıq havada “Qurban bayramı” na həsr olunmuş, bayramı konserti keçirilmişdir.
  Konsertdə, respublikamızda tanınmış sənət adamları iştirak etmişdir. Bir-birinin ardınca sevilən mahnılarını ifa edən müğənilər, konsertdə iştirak edən  rayon sakinlərini bayram münasibəti ilə təbrik etmişlər.
  İki saat davam edən bayram konsertində RİH-nin əməkdaşları və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir  ANS televiziyası tərəfindən eksklüziv olaraq çəkilmişdir.

Keçidlər