Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunin Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.

08 noyabr 2014 | 16:00

   08.11.2014-cü il tarixdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
  Ağacəkmə aksiyasında IDEA İctimai Birliyi ilə yanaşı Xəzər rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri,  ümumilikdə 100 nəfərin iştirakı olmuşdur.  Keçirilən aksiya zamanı ərazidə əkilən  500 ədəd Eldar şamı  ağacı əkilmiş və suvarılmış, ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır .

 

Keçidlər