Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Zirə qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.

29 noyabr 2014 | 16:00

   29.11.2014-cü il tarixdə IDEA  İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayon Icra Hakimiyyəti və “Akkord” Şirkətlər qrupunun birgə təşkilatçılığı ilə Zirə qəsəbəsində, Qala-Pirallahı magistral yolunun kənarında ağacəkmə aksiyası keçirilmişdir.
  Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri, rayon idarə, təşkilat kollektivləri və “Akkord” Şirkətlər qrupunun əməkdaşları,  ümumilikdə 200 nəfərin iştirakı olmuşdur.  Keçirilən aksiya zamanı ərazidə 1000 ədəd Eldar şamı  ağacı əkilmiş və suvarılmış, ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır
 

Keçidlər