Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin yekunlarına dair Binə Qəsəbə nümayəndəliyində hesabat konfransı keçirilmişdir.

09 yanvar 2015 | 16:00

   09 yanvar  2015-ci il tarixində Xəzər rayonu Binə qəsəbəsində 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
      Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, Xəzər RİH aparatı, rayonun təsərrüfat xidmət rəhbərləri və 120 nəfər Binə qəsəbə sakininin iştirakı ilə, Binə Mədəniyyət evində keçirilən və 2014-cü ilin yekunlarına həsr olunan tədbirdə mühüm məsələlər müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
    Xəzər rayon İcra Hakimiyyəti Başçısının I  müavini Vaqif Həsənov konfransı açıq elan edərək, öz çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Xəzər rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açmış, 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Xəzər rayonunda bir sıra infrastruktur obyektlərinin tikintisinin davam etdirildiyini  və 2015-ci ildə Xəzər rayonunun sosial-iqtisadi həyatında əsaslı şəkildə dəyişikliklər olacağını qeyd etmişdir.
      Daha sonra  Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
      Sonda Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və hesabat konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab edilmişdir.

Keçidlər