Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

17 fevral 2015 | 16:00

17 fevral 2015-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.              
Tədbir Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirildi. Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edildi .          
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər RİH-nin  inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.              
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Xəzər Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başladı.                  
Hesabat məruzəsi ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşdığının bildirməsi ölkəmizin inkişaf tempinin əyani göstəricisi olduğunu bildirdi   
G.İslamov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Xəzər rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İlham Əliyevin ötən ildə Xəzər rayonunda bir sıra sosial obyektərin açılışı ilə əlaqədar etdiyi səfərləri qeyd edildi. Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Xəzər  Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı” təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulandı.              .
  Həmçinin hesabat məruzəsində RİH başçısı bildirdi ki, rayon üzrə sənaye məhsulu istehsalı  256 milyon 196,9 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi  həcmində dövlət sektorunun xüsusi çəkisi 98,9 % olmuşdur.
Nəqliyyat sektorunda 620 milyon 462 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə 15,4 % cox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 4 milyon 832,6 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1% cox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 215 milyon 660,7 min manat məbləğində investisiya cəlb edilmişdir ki,  bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz olmuşdur. İstifadə edilmiş investisiyaların  151 milyon 891,4 min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,4 faiz təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 354 milyon 720,3 min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  84 milyon 121,2 min  manata, pullu xidmətlərin  həcmi 270 milyon 599,1 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 23,4 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 0,4 fazi kənd təsərrüfatı bazarları, 76,2 faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı  565,2 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı   468,4 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı  469,6 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1973 yeni iş yeri açılmışdır. Bunun 102-sı yeni yaradılmış müəssisə və təşkilatlar, 60-ı mövcud müəssisə və təşkilatlar, 1632-si isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son 11 il ərzində rayon ərazisində 17 min  284 yeni iş yerləri açılmışdır.
       2014-cu ildə  rayonun yerli  xərcləri  4 milyon  360 min 773 manata  qarşı  4 milyon  57 min   260  manat  icra olunmuşdur.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
     Hesabat dövründə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına məkəzi park yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Umumi sahəsi 2,6 hektar olan  parkda 17 min 274  kv.m üzlük yer daşı, 2800 paqon metr səki daşı, 1100 kv.m üzlük daşı, 85 kv.m qranit daşı, 3.800 paqon metr aglay daşı vurulmuş, 14 min 144 kv.m sahəyə qazon əkilmiş, 1580 paqon metr su xətti, 690 paqon metr elektrik xətti çəkilmiş və 171 paqon metr qaz xəttinin yeri dəyişdirilmişdir. Parkın ərazisində səhnə, 3 fəvvarə və 3 söhbətgah tikilmiş, N.Rəsulov küçəsindəki, parka paralel olan 5 mərtəbəli yaşayış binasının 1080 kv.m damı  yenidən qurulmuş,  binanın fasadına müasir üslubda aglay daş vurulmuşdur.
       Hesabat dövründə Şagan qəsəbəsinin mərkəzi Hamlet Xanızadə küçəsinin abadlaşdırılması məqsədilə  3200 kv. asfalt, səkilərə 1000 metr bardur salınmış, hasarlara 2500 kv. mala və 6 min kv. rəng çəkilmişdir. Yolboyu təmirə ehtiyacı olan 3 evin damına  840 kv. dam örtüyü vurulmuş, yolun işıqlandırılması məqsədilə 30 ədəd küçə işıgı quraşdırılmışdir.
       Hazırda Süvəlan qəsəbəsinin mərkəzi Almaz İldırım, Mərdəkan qəsəbəsinin Yesenin, Binə qəsəbəsinin İsazadə və Buzovna qəsəbəsinin Eyvazov kücələrinin yenidən qurulması, o cümlədən divarlara aglay daşının, səkilərin müasir üslubda yenidən qurulması, yolboyu  milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan, Mərdəkan və Buzovna  qəsəbələrində hasarlara 12 min 431 kv. aglay daşı vurulmuş, 3.195 kv. səki daşı döşənmiş, bina və hasarların fasad hissəsinin işıqlandırılması məqsədilə 284 ədəd fənər quraşdırılmışdır.
      Yaşıllıqların salınması ilə əlaqədar 2014-cü il ərzində rayon ərazisində idarə , müəssisə və təşkilatların iştirakı ilə   56 min 794 agac əkilmişdir ki, bu da ötən ilə nisbətən təqribən 4 dəfə cox olmuşdur. Onlardan da 16.500-ü zeytun, 5 mini cinar,35 min 294 –ü isə eldar şamı və kiparis agacı olmuşdur. İdeya İctimai Birliyinin təşəbbüsü ilə 1-ci Umumrespublika Yaşıllaşdırma marafonu çərçivəsində  təkçə oktyabr-noyabr ayları ərzində  rayon ərazisində 7400 ədəd muxtəlif növ agac əkilmiş, hazırda da  ərazilərdə yaşıllıqların salınması və onlara aqrotexniki qulluq  işləri  davam etdirilir.
Hesabat dövrundə  asfalt yolların əsaslı və cari təmiri istiqamətində  Şüvəlan  qəsəbəsində 15 min kv.m, Mərdəkan qəsəbəsində 22 min 456 kv.m , Şagan qəsəbəsində 17 min 200 kv.m, Buzovna qəsəbəsində 11 min 300 kv.m, Binə qəsəbəsində 3700 kv.m olmaqla cəmi rayon üzrə 69 min 663 kv.m yeni asfalt örtüyü salınmışdır.
Qaz təchizatı ilə baglı hesabat dövründə rayonunun Qaz İstismar sahəsi tərəfindən əhalinin təbii qazla təminatının yaxşılaşdırması  istiqamətində  Mərdəkan qəsəbəsində 8019 , Buzovna qəsəbəsində 41.187, Binə qəsəbəsində 24.562 , Türkan qəsəbəsində 10.982, Qala qəsəbəsində 26.616, Şüvəlan qəsəbəsində 6.272, Zirə qəsəbəsində 2075, Şagan qəsəbəsində 4.000 paqon metr olmaqla cəmi rayon uzrə 123 min 713 paqon metr  qaz xətti çəkilmiş və dəyişdirilmişdir
    Rayonda  əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi 98,1faiz , abonentlərin ödənişdə  iştirakı isə 78,8 faiz olmuşdur.
      Elektrik enerjisi təchizatı sahəsində Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 11 ədəd yeni transformator məntəqəsi quraşdırılmış və 23 ədəd güc transformatoru dəyişdirilmiş, 1188 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 56.532 metr kabel ,19.584 metr naqil çəkilib və dəyişdirilmişdir.
     Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 101,5 faiz, abonentlərin ödənişdə iştirakı 69% ,saygaclaşma isə 99 faiz təşkil etmişdir.
     Su və kanalizasiya sahəsi üzrə hesabat döründə Xəzər su kanal departamenti tərəfindən ümumilikdə  müxtəlif ölçülü 1536 paqon metr istismara yarasız su boruları dəyişdirilmiş,  29.325 paqon metr su xətti cəkilmiş, 2619 evə su birləşməsi verilmiş, 5640 ədəd  smart tipli saygac quraşdırılmışdır. Əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə 27 ədəd su quyusunun  nasosları  yenisi ilə əvəz edilmiş, 151ədəd su nasosu təmir edilmişdir.
  Kanalizasiya xəttləri üzrə keçən dövrdə  mexaniki usulla və maşınla cəmi 35.560 paqon metr kanalizasiya xətti ,  28 ədəd yagış barmaqlıgı yuyularaq təmizlənmişdir . Dövlət Proqramına uygun olaraq hesabat dövründə  cəmi rayon ərazisində 2420 paqon metr kanalizasiya xətti çəkilmişdir.
  Hesabat dövründə əhaliyə  2.954,3 min manatlıq su və kanalizasiya xidmətləri göstərilmiş, əvvəlki debitorlar da daxil olmaqla 2 milyon 894,4 min manat yıgım aparılaraq ödənişə 98 faiz nail olunmuşdur.
         Hesabat dövründə Heydər Əliyev Fondu və Dövət Proqramı çərçivəsində Təhsil sahəsi üzrə Şüvəlan qəsəbəsində 2 və 4 saylı internat məktəbinin, Buzovna qəsəbəsi Alballılıq yaşayış sahəsində və Mərdəkan qəsəbəsində uşaq bagçasının, Zirə qəsəbəsində Dalga uşaq düşərgəsinin tikintisi davam etdirilir,   Qala hərbi şəhərciyində  216 saylı məktəbin cari təmiri və Buzovna qəsəbəsində Respublika Uşaq sanatoriyasının yenidənqurulması başa çatdırılmışdır. Şagan qəsəbəsindəki 124 saylı məktəb üçün yeni binanın tikintisi, Türkan qəsəbəsində 6 saylı internat məktəblərinin yenidən qurulması, Binə qəsəbəsində 121 saylı orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmiş və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  millət vəkili Mehriban xanım Əliyeva iştirak etmişdirlər.
      Mədəniyyət, Gənclər və idman sahələri  üzrə Mərdəkan qəsəbəsində Heydər Əliyev adına Park, Buzovna və Türkan qəsəbəsində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş  Abidə-park kompleksi, Buzovna qəsəbəsində Mədəniyyət evi və Şüvəlan qəsəbəsində Gənclər Evi yenidən tikilərək istifadəyə verilmişdir.Türkan, Mərdəkan və Buzovna qəsəbələrində idman mərkəzlərinin və Şagan qəsəbəsində Mədəniyyət evinin  tikintisi  hazırda davam etdirilir.
      Hesabat dövründə digər sahələr üzrə Mərədəkan qəsəbəsində Əlillər üçün Müalicə Pansionatının əsaslı təmiri, Şüvəlan qəsəbəsində Şimal DRES-in ikinci blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının və İmam Rza məscidinin, Buzovna qəsəbəsində Yangın mühafizə bölməsinin tikintisi davam etdirilir.
   2014-cu il   ərzində Sosial Müdafiə Fondu tərəfindən  əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ  36 milyon 555,3 min manat təşkil etmiş, 16 min 369 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların  ödənilməsi  təmin edilmişdir.
Hesabat dövründə Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlı dövlət sosial yardımı üçün 3221 ailə müraciət etmişdir ki, bunlardan 2787 ailəyə  müvafiq komissiya tərəfindən ünvanlı sosial yardımı təyin olunmuşdur. Rayon üzrə cəmi 2787 nəfər ailəyə 394 min 711 manat məbləgində ünvanlı yardımın odənilməsi davam etdirilir.
Hesabat dövründə Məşgulluq Mərkəzinə 1250 nəfər işaxtaran vətəndaş  müraciət etmişdir.   Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 446 nəfəri münasib işlə təmin  edilmişdir. İşlə təmin olunmuş  446 nəfərdən 52 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlardır ki, onlardan  40  nəfəri kvota üzrə işə düzəlmişlər.
Hesabat dövründə və bütövlükdə son illərdə Bakı şəhəri və ətraf qəsəbələrin soaial-iqtisadi inkişafına dair Dövlət  Proqramına  uygun  olaraq  Sahibkarlıga  Kömək  Milli  Fondu vasitəsilə   2014-cü ildə  69 sahibkara  4,5 milyon manat güzəştli kredit verilmişdir.Bu  kreditlər hesabına  il ərzində 118 yeni iş yeri yaradılmışdır.
     Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmişdir.
Novruz bayramı münasibətilə Turkan Mədəniyyət sarayının qarşısında bayram şənliyi təşkil edilmiş, 600 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti  və  tonqal  ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət ənənələri özündə əsk etdirən tamaşalar göstərilmiş, Heydər Əliyev Fondu tərəfindən şəhid, əlil və digər aztəminatlı ailələrə  ərzaq  yardımı paylanılmışdır.
Ulu ondər Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Mərdəkan mədəniyyət sarayının qarşısında Gül bayramı təşkil olunmuş, rayonun  idarə, müəssisə,təkilatları, o cümlədən  məktəbləri, yaradıcılıq mərkəzləri, uşaq bagçaları və ayrı-ayrı yaradıcı şəxsləri tərəfindən müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. 
15  iyun Milli Qutuluş günü ilə əlaqədar yenidən qurulan  Heydər Əliyev adına Parkda  5 mindən cox tamaşaçının iştirakı ilə bayram konserti keçirilmişdir. Konsert proqramı İctimai televiziyanın efirində canlı yayımlanmış və respublikanın tanınmış sənət adamları maraqlı proqramla rayon ictimaiyyətinin nümayəndələri qarşısinda cixiş etmişdirlər.
      2014-cu il Bələdiyyə seçkiləri ilə  bağlı məntəqə seçki  komissiyalarının normal iş  şəraitində fəaliyyət göstərmələri üçün müvafiq tədbirlər həyata keçirilmiş,  məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilmiş, namizədlərin seçicilərlə görüş keçirmələri üçün aciq və qapalı yerlər müəyyən edilmiş, seçkilərin azad, ədalətli və demokratik şəraitdə keçirilməsinə ciddi hazırlıq işləri görülmüşdür. 8 bələdiyyə üzrə 104 yerə qarşılıq 303 nəfər namizədliyini irəli sürmüş və onlardan 289 nəfərin namizədliyi qeydə alınmışdır. Nəticə etibarilə rayon üzrə seçicilərin 37,5 faizi secki məntəqələrinə gələrək öz iradələrini sərbəst  ifadə  etmiş və əksəriyyəti gənclər və qadınlar olmaqla yeni tərkibdə  bələdiyyələrə üzvlər seçilmişdir.
      2014-cu il ərzində Xəzər RİH Aparatına 3380 ərizə, şikayət və müraciət və 2012 xidməti sənəd daxil olmuşdur.Daxil olmuş 3380 ərizə və muraciətdən 1669 ərizə musbət həll edilmiş, 1696 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 6-sə əsassız sayılmış, 4-ü aidiyyatı üzrə göndərilmiş və 5-nin icrası nəzərdə tutulmuşdur.
Heasabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 96 nəfər vətəndaş olmuşdur. Onlardan 61 müraciət müsbət həll edilmiş, 30-müraciətə izahat verilmiş, 5  müraciət əsasında müvafiq təşkilatlara müraciət olunmuşdur.
Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata kecirilmişdir.
      2014-cü il ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 24 səyyar qəbul keçirilmiş, 2365 nəfər iştirak etmiş və 87 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su və kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil edir. Səyyar qəbullarda baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
      2014-cü ilin yekunlarına dair qəsəbə nümayəndəliklərinin hesabat yıgıncagında səslən təklif və müraciətlərdən bir daha məlum olur ki, görülən işlərlə yanaşı yerlərdə hələ də həllini tapmamış problemlər qalmaqdadır. Onlardan hündür mərtəbəli binaların mərkəzi  istilik sisteminin qurulması ,  Binə hava limanı- Zaqulba  və Qala-Pirallahı magistral yolunda 6 yerdə piyada keçidinin tikintisi, Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində 200 ev təsərrüfatının qazlaşdırılması, bütün qəsəbələrdə daxili yolların və o cümlədən Buzovna qəsəbəsi  Natavan küçəsinin (3 km) asfaltlaşdırılması  yerlərədə ən cox qaldırılan problemlərdir. Ümidvarıq ki, 2014-2016 -cı illərə dair Dövlət Proqramının icrasının yekunlarına kimi qaldırılan problemlər də öz həllini tapacaqdır.
         Xəzər RİH-nin başçısı G.İslamov sonda rayonun qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirdi.

 

 

Keçidlər