Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər royununda Xocalı soyqırımının 23-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir

25 fevral 2015 | 16:00

     25 fevral 2015-ci il tarixdə Xəzər rayonu Mərdəkan Mədəniyyət evində  26 fevral-Xocalı soyqırımının 23-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir                   
      Tədbirdə Xəzər RİH başçısının birinci müavini V.Həsənov, Xəzər rayon İnkişaf Fondunun sədri İlqar Musatafayev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  rayon hüquq mühafizə orqanlarının rəhbərləri məktəblilər  Polis Akademiyasının rəhbərliyi və kursantları Milli Aviasiya Akademiyasının tələbələri  ilə yanaşı 380 nəfər rayon ictimaiyyəti iştirak etmişdir.
    Tədbirdən öncə Mərdəkan  Mədəniyyət sarayının foyesində “Xocalı soyqırımı şağirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir.
      Daha sonra  Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Xocalı   Soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı harayı ” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

Keçidlər