Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.

14 mart 2015 | 16:00

   14.03.2015-ci il tarixdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Dalğa”Arena İdman Kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilmişdir.
  Ağacəkmə aksiyasında Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq ƏhmədovXəzər rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri,  ümumilikdə 100 nəfərin iştirakı olmuşdur.  Keçirilən aksiya zamanı ərazidə əkilən  500 ədəd Eldar şamı  ağacı əkilmiş və suvarılmış, ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır .


 

Keçidlər