Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 5-ci Muğam televiziya müsabiqəsi keçirilmişdir.

17 mart 2015 | 16:00

   16 mart 2015-ci il tarixdə Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında və Xəzər rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə V muğam televiziya müsabiqəsi keçirilmişdir.
     Müsabiqədə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon icra hakimiyyəti aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə-müəssisə, xidmət sahələrinin rəhbərləri və 380 nəfər rayon sakini iştirak etmişdir.
     Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Mənsum ibrahimov, Səkinə İsmayılovanın və digər əməkdar incəsənət xadimlərinin heyətində olduğu “ Muğam Müsabiqəsi 2013” Televiziya musabiqəsində  bir – birindən maraqlı muğamlarla çıxışlar  edilmişdır.
      Muğam müsabiqəsi rayon sakinləri tərəfindən təntənə ilə qarşılanmışdır. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan, 5-ci Muğam televiziya müsabiqəsi Azərbaycan televiziya və radiosu, Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanıb.


 

Keçidlər