Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Zirə qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

20 mart 2015 | 16:00

20.03.2015-ci il tarixdə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə Xəzər rayonunun Zirə qəsəbəsində Şərq hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
  Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin müavinləri, Xəzər RİH Başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri iştirakı olmuşdur.  Keçirilən aksiya zamanı ərazidə 1000 ədəd Zeytun  ağacı əkilmiş və suvarılmış, ətraf ərazidə  təmizlik işləri görülmüşdür. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir   .
Ətraf ərazidən məişət tullantıları yığılaraq ərazidə abadlıq işləri aparılmışdır .


 

Keçidlər