Şriftin ölçüsü :

Saytın rəngi :

“6 Aprel-Ümumdünya Fiziki Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman günü”nə həsr oluunmuş,həmçinin Bakı – 2015 Birinci Avropa Oyunlarına dəstək məqsədilə İdman Festivalı keçirilmişdir.

06 aprel 2015 | 15:00

    06 aprel 2015-ci il tarixdə saat 12-00-da Xəzər rayon İcra Hakimiyyəti,Gənclər və İdman Nazirliyi,Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə  Mərdəkan qəsəbəsindəki  Heydər  Əliyev adına  parkda  “6 Aprel-Ümumdünya Fiziki  Aktivlik və Beynəlxalq Sülh və İnkişaf üçün İdman günü”nə həsr oluunmuş,həmçinin Bakı – 2015 Birinci Avropa Oyunlarına dəstək  məqsədilə İdman  Festivalı keçirilmişdir.Festivalda Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev,Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Arif Balayev,Millət vəkili cənab Rauf Əliyev,Xəzər rayon Gənclər və İdman İdarəsinin  rəsi  Vüqar Əliyev iştirak etmişlər.Tədbirdə iştirak edən qonaqlar tərəfindən Bakı -2015 Birinci Avropa Oyunları ilə bağlı rayonun gənc rəssamları tərəfindən çəkilən rəsm əsərlərinə baxış keçirilmişdir.Tədbirdə həmçinin uşaq və yeniyetmələr üçün Face painting(üz naxışlama) təşkil olunmuşdur.Festivalda rayonun  5  məktəbi arasında estafet yarışları keçirilmişdir.Yekun nəticələrə görə  1-ci yerə  183№-li tam orta məktəbin komandası  , 2-ci yerə  156№-li tam orta məktəbin komandası,  3-cü yerə  123№-li tam orta məktəbin komandası tutmuşdur.Qaliblərə xatirə hədiyyələri  təqdim olunmuşdur.

Keçidlər