Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Xəzər rayon təşkilatının fəal üzvləri Ulu önder Heydər Əliyevin anadan olmasının 92 ci il dönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

06 may 2015 | 15:00

    05 may 2015-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Xəzər rayon təşkilatının fəal üzvləri Ulu önder Heydər Əliyevin anadan olmasinin 92 ci il dönümü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
   Ziyarətçilər əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirdilər ki, mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib.
    Həmçinin, Müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilib.

Keçidlər