Şriftin ölçüsü :

Saytın rəngi :

“28 MAY RESPUBLİKA GÜNÜ” XƏZƏR RAYONUNDA QEYD OLUNDU

27 may 2015 | 15:00

“28 MAY RESPUBLİKA GÜNÜ” XƏZƏR RAYONUNDA
QEYD OLUNDU.

28 may Respublika günü  ilə əlaqədar 27 may 2015-ci il tarixində Xəzər rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası  Xəzər rayon təşkilatı və Gənclər İdman İdarəsi ilə birgə Xəzər rayonunun Gənclər evində orta məktəb şagirdlərinin “28 may Respublika günü”-nə həsr olunmuş əl işləri və rəsm əsərlərinin sərgisini keçirdi.
Tədbirdə Xəzər RİH Başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev və rayon sakinləri və məktəblilər  iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan RİH Başçısının I müavini Vaqif Həsənov tarixi günün Azərbaycan xalqının həyatındakı rolundan, Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən söz açdı. Digər çıxışçılar isə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Daha sonar tədbir Mərdəkan Mədəniyyət sarayında tanınmış sənət adamlarının iştirakı ilə davam etdi.

 

Keçidlər