Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilmişdir.

11 iyul 2015 | 15:00

   Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon Şöbəsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilmişdir.
    Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülmüş və xatirəsinə dərin ehtiram bildirilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2015-ci il iyul ayının 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.
    Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon  Şöbəsinin rəisi Eldəniz Əliyev,  Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, YAP Xəzər rayon Təşkilatının sədr müavini Zeynəb Əliyeva, YAP Qadınlar şurasının sədri Pərvanə Hacıyeva Qarabağ Veteranları Cəmiyyətinin sədri Rasət Əliyev , Müharibə və Silahlı Qüvvələrin Veteranları Şurasının sədri Nüsrət İbrahimov , rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov Qarabağ Əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Səfa Əliyev  və valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışmış, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmiş, vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışlar.
     Daha sonra tədbir rayonun musiqi kollektivlərinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.
    Tədbirin sonunda çağırışçı gənclər Azərbaycan Respublikasının bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola salınmışlar.

Keçidlər