Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "2-fevral Azərbaycan Gəncləri günü "qeyd edilib.

02 fevral 2016 | 16:00

     2 fevral ölkədə Azərbaycan gəncləri günü kimi qeyd olunur. 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq Ümummulli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I forumu keçirildi. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi gənclər günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı.
Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Xəzər rayonunda da bir sıra tədbirlər həyat keçirilmişdir.
     1 fevral 2016-cı il tarixdə  Xəzər rayon İcra Hakimiyyəti ,YAP Xəzər rayon təşkilatı, Xəzər rayon Gənclər və İdman İdarəsi ilə birgə  Zirə Mədəniyyət Evində (EKO-Parkda) «2 fevral – Azərbaycan gəncləri günü» nə həsr olunmuş  bayram tədbiri keçirilmişdir.  
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının  müavini Arif Balayev, Millət vəkili cənab Rauf Əliyev , YAP Xəzər rayon təşkilatının sədri cənab Namik Əhmədov ,Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, rayonun gəncləri iştirak etmişdilər.Tədbirdə iştirak edən qonaqlar çıxış etmiş,gəncləri “Gənclər günü” münasibətilə təbrik etmişlər.     
        Bayram tədbirindən öncə rayonun istedadlı gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş olunmuşdur.Xəzər rayon Gənclər və İdman idarəsinin 2015-ci il ərzində gənclər siyasəti və idman sahəsi üzrə keçirdiyi tədbirlər, əldə olunan nəaliyyətlər haqqında foto-hesabat təqdim olunmuşdur. Rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa,təhsil,incəsənət və mədəniyyət sahəsində  əldə etdiyi nəaliyyətlərə  görə 19 nəfər gəncə diplomlar və xatirə hədiyyələri, həmçinin Yeni Azərbaycan Partiyasına qəbul olunmuş bir qrup gəncə partiya biletləri təqdim olunmuşdur.Bayram tədbiri gənc,istedadlı müğənnilərin  iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir.Tədbirdə 280 nəfər gənc iştirak etmişdir.                                                                          
                                                                 
                   

   

                           
 

Keçidlər