Şriftin ölçüsü :

Saytın rəngi :

Binə qəsəbə Mədəniyyət Mərkəzində “2 fevral – Gənclər günü”nə həsr olunmuş tədbir keçirilmişdir .

04 fevral 2016 | 16:00

    3 Fevral2016-cı il tarixdə Binə  Mədəniyyət Mərkəzində “2 fevral – Gənclər günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
     Tədbirin açılışı “Dostluq” ansamblının ifası ilə başladı. Giriş sözü ilə çıxış edən “Bədii qiraət” dərnəyinin üzvü Qaratel Məmmədova 2 fevral - Gənclər gününün yaranması barədə məlumat verərək, Ümummilli lider Heydər Əliyevin dövlətin və cəmiyyətin sosial – iqtisadi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsində böyük xidmətlərini önə çəkdi.
     Ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də gənclər siyasətinə eyni diqqətlə yanaşdığını bildirdi. Tədbirin rəsmi hissəsi bitdikdən sonra bir – birindən maraqlı və rəngarəng çıxışlar oldu. “Dostluq” ansamblının, “Odlar yurdu” rəqs kollektivinin, nağara çalanlar ansamblının, sintezator dərnəyinin üzvlərinin çıxışları tədbirə rəng qatdı.
     Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları, Binə qəsəbəsində yerləşən tam orta məktəblərin direktorları, Qəsəbə bələdiyyəsinin və İcra Nümayəndəliyinin əməkdaşları, valideynlər və digər qonaqlar iştirak etmişlər .

Keçidlər