Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi.

04 may 2016 | 16:00

   04 may 2016-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamovun Binə sakinlərilə növbəti səyyar görüşü keçirildi.
        Sakinlərlə görüşdə G.İslamov  bildirdi ki, dövlət proqramlarının uğurla icrası nəticəsində Xəzər rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, yolların salınması və əsaslı təmir edilməsi, nəqliyyatın işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Buna missal olaraq 20 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Binə qəsəbəsinin Mərkəzi yolunun birinc hissəsiin açılışında iştirakını vurğuladı. Bildirdi ki, Binə qəsəbəsinin mərkəzindən keçən bu küçə əvvəllər əhalinin və nəqliyyatın gediş-gəlişi üçün olduqca yararsız vəziyyətdə idi. Ensiz küçədə vaxtaşırı tıxaclar yaranır və nəqliyyatın hərəkətində ciddi çətinliklər olurdu.
    Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar abadlaşdırılır. Binə qəsəbəsində iki kilometrdən çox uzunluğu, əvvəllər beş metrə qədər eni olan küçədə əsaslı təmir və yenidənqurma işləri də dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilib.
  Görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib.     Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib.       Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.
Bundan əlavə sakinlərin çoxsaylı müraciətləri əsasında qəsəbədə yeni istirahət parkının salınmasına və Mərkəzi küçədəki binaların fasadlarının təmirinə başlanıldığını bildirdi. G.İslamov həmçinin, qəsəbənin mərkəzi yolunun davamının çəkilməsi üçün cənab Prezidentin Sərəncamının icrasına yaxın günlərdə başlanacağını bildirdi.
          Daha sonar sakinlər rayon ərazisində, xüsusilə də Binə qəsəbəsində aparılan son abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına və Millə Vəkili Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
          Səyyar görüşdə 150-nəfər sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

 

 

 

Keçidlər