Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü”nə həsr olunmuş Sərbəst güləş üzrə Xəzər rayon turniri keçirilmişdir.

06 may 2016 | 16:00

              Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı, Xəzər rayon İnkişaf Fondu, Xəzər rayon Gənclər və İdman idarəsi ilə birlikdə  20 aprel - 06 may  2016-cı il tarixlərində  Şağan Olimpiya İdman Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  93 - cü  ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, rayonda kütləvi sağlamlıq, bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi, istedadlı idmançıların aşkar edilməsi məqsədilə Sərbəst güləşi üzrə rayon turniri keçirilmişdir keçirilmişdir.
            Turnirdə I,II və III yerləri tutmuş idmançılara Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı Xəzər İnkişaf Fondu, Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdılar.
          Yarış   1  yaş qrupu  üzrə 5  çəki  üzrə  keçirilmişdir . Ümumilikdə yarışda 100  nəfər idmançı  iştirak etmişdir.


 

Keçidlər