Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi.

13 iyun 2016 | 16:00

     İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, rayon İcra      Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
    YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycanda Ulu Öndərin hakimiyyətə gəlməsini zəruri edən hadisələrdən bəhs etdi. Bildirdi ki, o zamankı iqtidarın səriştəsizliyi nəticəsində ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü.  Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu yalnız ulu öndər Heydər Əliyevdə görürdü və onun siyasi hakimiyyətə gəlişi üçün çalışırdı: “Baxmayaraq ki,     Azərbaycanda müəyyən qüvvələr Ulu Öndərin hakimiyyətə gəlməsini istəmirdi, amma xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. 1993-cü ildə - yenicə müstəqilliyini qazanmış respublikamızın dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ümummilli Liderin uzaqgörən siyasəti, səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dərin sosial-iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanın gələcək inkişafına təkan verən layihələrə imza atılmaqla sürətli iqtisadi inkişafın təməli qoyuldu. Məhz bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.
     Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva, rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Bilqeys Zeynalova çıxış edərək Ümummilli Liderin ölkəmizin dövlətçilik tarixində böyük iz buraxdığını vurğuladılar.
Milli Məclisin deputatı Rauf Əliyev çıxışında 15 iyun - Milli Qurtuluş Gününün    Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildiyini qeyd etdi. R.Əliyev vurğuladı ki, Ulu Öndər Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq, gələcəyə inamla baxan güclü bir dövlətə çevirdi: “Bunu nəticəsidir ki, bu gün Azərbaycan regionda irimiqyaslı layihələrə imza atır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Düşünürəm ki, nə qədər ki Azərbaycan var olacaq, Ulu Öndərin ideyaları da yaşayacaq”.

     

Keçidlər