Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.

17 yanvar 2017 | 16:00

     17 yanvar  2017-ci il tarixində Zirə qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, RİH Başçısının  birinci müavini Vaqif Həsənov, müavinlər Arif Balayev, Lalə Əhmədova, RİH Başçısı Aparatının şöbə müdirləri, Şura üzvü Rövşən Salahov, Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəsinin vəzifələrini müvəqqəti icra edən Rövşən Quliyev, Zirə Bələdiyyəsinin sədri Famil Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
   Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətibin başçısı Gülağa İslamov açaraq rayon ərazisində görülən sosial layihələr haqqında qısa məlumat verib, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq cənab     Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi islahatlar nəticəsində ölkəmizin böhranın təsirlərindən yan keçərək yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş dövlət proqramında Xəzər rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verib və sakinləri hesabat ətrafında müzakirələrdə fəal iştirak etməyə dəvət edib.
   Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəsinin vəzifələrini müvəqqəti icra edən Rövşən Quliyev və Zirə Bələdiyyəsinin sədri Famil Əliyev 2016-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər.
220 nəfər Zirə qəsəbə sakinlərinin iştirakı ilə keçirilən yığıncaqda  sakinlər tərəfindən çıxışlar olmuşdu. Çıxış edən sakinlər son illər qəsəbədə gedən abadlıq və quruculuq işlərindən söz açdılar.
    Sonda Xəzər Rayon İcra Hakimiyyətinin  başçısı Gülağa İslamov vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qrumlara tapşıqlar vermiş, ümumilikdə görülmüş işləri qənaətbəxş hesab edərək  bundan sonrakı illərdə də fəaliyyət sahəsində  daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini  tapşırmışdır.

 

 

Keçidlər