Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon Təşkilatının təşkilatçılığı ilə 15 iyun “ Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilmişdir

14 iyun 2017 | 16:00

14.06.2017-ci il tarixdə Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının qərargahında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH-nin müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri və QHT-nın sədrləri iştirak edib.
      Mövzu ətrafında Xəzər RİH Başçısının I müavini V.Həsənov, YAP Xəzər rayon Təşkilatının sədri  Namiq Əhmədov, Azərbaycan Respublikası Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri  Tofiq Mustafazadə, Daxili İşlər  Nazirliyinin Hərbi Akademiyasının rəisi general-mayor İlqar Məmmədov, Milli Aviasiya Akademiyasının dekanı Nazim Nağıyev, Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şərqşünas alim Cümşüd Muradov çıxış etmişlər.

Keçidlər