Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.

21 iyun 2017 | 16:00

21 iyun 2017-ci il tarixində hər il olduğu kimi, bu il də müqəddəs Ramazan ayı münasibətilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonu Şüvəlan qəsəbəsindəki “İmperial” şadlıq evində 250 nəfərlik iftar süfrəsi təşkil olunub.
Təşkil olunmuş iftar süfrəsində məclisi axund açaraq, bu ayın fəzilətlərindən, iftarın savablarından danışıb, dualar oxuyub. O, iftarın təşkilində əməyi keçən təşkilatın nümayəndələrinə, xüsusən Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya iştirakçılar adından minnətdarlığını bildirib və onlara cansağlığı, bol ruzi-bərəkət arzulayıb.
Mərasimdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, müavin A.Balayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, həmçinin, rayonun qəsəbələr üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, din adamları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İftar məclisində Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.
Ramazan ayında Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də imkansız ailələr, kimsəsizlər və ahıllar üçün iftar süfrələri təşkil olunub.

Keçidlər