Şriftin ölçüsü :

Saytın rəngi :

“Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir.

05 iyul 2017 | 16:00

05.07.2017-ci il tarixində Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Sosial Tərəqqinin dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənov, layihənin rəhbəri Lamiyə Həsənova, RİH-nin baş məsləhətçisi Anar Nəsirov, Müalicə Pansionatının direktoru Pərvanə Hacıyevə, tibb işçiləri və müalicə alan vətəndaşlar iştirak edib. Mövzu ətrafında İctimai Birliyinin sədri Qasım Həsənov Dövlət tərəfindən aztəminatlı ailələr üçün nəzərdə tutulmuş proqramlardan məruzə etmişdir. Məruzənin sonunda tədbir iştirakçılarının aidiyyatı suallarına cavab verilmişdir.

Keçidlər