Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqillik gününə həsr olunmuş tədbiri keçirildi.

18 oktyabr 2017 | 16:00

   17 oktyabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqillik günü” nə həsr olunmuş tədbir keçirilmişdi. 124№-li tam orta məktəbdə gənclər arasında vətənpərvərlik, dövlətçilik,milli - mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli  Qəhrəmanların gənclər arasında tanıdılması,Azərbaycan dili, tarixinin təbliğinə xidmət edən intellektual oyunların keçirlməsi məqsədilə «18 oktyabr - Dövlət  Müstəqilliyi günü» və şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş rayonun orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında « Nə,harada,nə zaman » intellektual oyunu keçirilmişdir. Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunan gənclərin hazırladığı ədəbi bədii kompazisiya nümayiş olunmuş,şəhidin ruhu 1 dəqiqəlik sükutla anılmışdır.Tədbir intellektual yarışla davam etmişdir.
     Yarışa başlamazdan öncə Xəzər rayon İcra Hakimiyyətinin İctimai siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı Anar Nəsirov və Xəzər rayon Gənclər və  İdman idarəsinin rəisi Vüqar Əliyev, 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edərək,yarış iştirakçılarına uğurlar arzulamışlar.
Yarışın nəticələrinə görə:
I yeri - 230№-li tam orta məktəbin komandası ,
II yeri - 26№-li tam orta məktəbin komandası ,
III yeri - 322№-li tam orta məktəbin komandası tutmuşdur
     Qalib gələn komandalar diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər