Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidmət Xəzər rayonunun Mərdəkan qəsəbəsində

15 dekabr 2017 | 16:00

     15 dekabr 2017-ci il tarixindən etibarən Xəzər rayon sakinləri Səyyar ASAN xidmətdən Xəzər rayonunun Mərdəkan qəsəbəsində yararlana biləcəklər. Səyyar ASAN xidmət 29 dekabr 2017-ci il tarixinə dək xidmətinizdədir.
    Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Göstərilən xidmətlər
“Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər
Foto xidməti
Tibb xidməti
Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Notariat fəaliyyəti

Keçidlər