Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

02 mart 2018 | 16:00

      2 mart 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Binə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdilər.
    Rayon İcra Hakimiyyətinin başçısı Gülağa islamov Binə qəsəbə sakinlərilə görüşdə Xəzər rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə olunmasından, qəsəbələrin yol infrastrukturunun inkişafı, qəsəbələri birləşdirən yeni magistral yolların salınması və əsaslı təmir edilməsi, nəqliyyatın işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrin həyata keçirilməsini vurğulamışdır.
    Gülağa İslamov rayonda, xüsusilə Binə qəsəbəsində görülən və gələcəkdə görüləməsi nəzərdə tutulan işlərdən söz açdıqdan sonra yığıncaqda iştirak edən sakinlərin problemlərini dinləmişdir.
       Qəsəbə sakinlərindən Ələsgər Heydərov, Namik Həsənov, Rəhilə Baxşıyeva, Zərnigar Əkbərova, Yaşar Nəsirov və digərləri qəsəbənin Atçılıq deyilən ərazisində yeni məktəb, bağça və yolların salınması, məhəllədaxili yolların asfaltlanması, qəsəbənin əksər küçələrində kanalizasiyanın olmaması, qəsəbəyə əlavə marşurutun açılması və nəqliyyatla təmin edilməsi və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı G.İslamova müraciət etmişdilər.
    Qəsəbə sakinlərinin müraciətləri dinlənildikdən sonra onlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
      Daha sonar sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişdilər.

Keçidlər