Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir

06 mart 2018 | 16:00

      6 mart 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon Təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
      Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İnkişaf  Fondunun sədri Elmar Mədətov və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak etmişdilər.    
       Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G. İslamov, Millət Vəkili R. Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri N. Əhmədov çıxış edərək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onları təbrik etmiş, qadınlarımıza xoş və səmimi arzularını bildirmişdilər. Çıxışçılar həmçinin  xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolundan söz açmışdılar.
     Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadınlar Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşdular. Tədbirdə iştirak edən qadınlardan bir neçəsi çıxış edərək göstərilən diqqətdən məmnun olduqlarını bildirmişdilər.
    Sonda tədbir bədii hissə ilə davam etdirilmişdir.

Keçidlər