Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

30 may 2018 | 16:00

    30 may 2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Xəzər rayon İcra Hakimiyyəti, Odlar Yurdu Universiteti, "Azərcell" telekommunikasiya operatoru və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığ ilə Müasir İnnovasiyalar Liseyinin Mərdəkan tədris korpusunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş bayram tədbiri keçirildi.
   Tədbirdə Millət Vəkilləri Rauf Əliyev, Əhməd Vəliyev, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif   Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Liseyin şagird və müəllim heyəti iştirak etdilər.
    Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında keçirilən “Oxu günü” və “Yaşasın Azərbaycan” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması olmuşdur.
      Sonda tədbir, tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı ilə davam etdi.

Keçidlər