Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr – Dövlət Bayrağı günü” nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Mənim bayrağım” adlı Bədii qiraət müsabiqəsi keçirilmişdir.

31 oktyabr 2018 | 16:00

       31 oktyabr   2018-ъи ил тарихдя, Mərdəkan Mədəniyyət Sarayında Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsi, Mərdəkan Mədəniyyət Sarayının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı gününün geniş qeyd edilməsi, məktəblilərin vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, yaradıcı qabiliyyətlərinin nümayiş etmələrinə şərait yaratmaq məqsədilə  Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Mənim bayrağım” adlı Bədii qiraət müsabiqəsi keçirilmişdir. Müsabiqəyə başlamadan öncə “9 Noyabr – Dövlət Bayrağı günü” nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Rəsm müsabiqəsinin iştirakçılarının rəsm işlərinə baxış keçirilmişdir. Daha sonra Azərbaycan Respublkasının Dövlət Himninin səslənməsi ilə Bədii qiraət müsabiqəsinə start verilmişdir.
        Tədbirdə Xəzər rayon Gənclər və İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon İcra hakimiyyətinin əməkdaşı Anar Nəsirov, müsabiqədə münsif qismində iştirak edən Xəzər Yazıçılar birliyinin sədri,şair Arif Buzovnalı, Şairə, Publisist, Azad qələm qəzetinin şöbə müdiri Gülarə Munis, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı,Bədii qiraətçi Ayaz Məmmədov, Binə Mədəniyyət Mərkəzinin əməkdaşı Fəridə İsmayılova çıxış edərək qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, müsabiqədə uğurlar arzu etmişlər. 

     Bədii qiraət müsabiqəsində


I yeri – 26 №li tam orta məktəbin şagirdi Namətova Səbinə
IIyeri –  125 №li tam orta məktəbin şagirdi Muradlı Rauf
III yeri –  234  №li tam orta məktəbin şagirdi Ağayeva Fidan
       
           Rəsm müsabiqəsində


I yeri – 26 №li tam orta məktəbin şagirdi Ağayeva Aysu
IIyeri –  156 №li tam orta məktəbin şagirdi Fərzəliyev Turan
III yeri –  241  №li tam orta məktəbin şagirdi Kazımova Leyla

            İnşa yazı  müsabiqəsində


I yeri – 322 №li tam orta məktəbin şagirdi Məmmədli Fatimə
IIyeri –  124 №li tam orta məktəbin şagirdi Rzayeva Utarida
III yeri –  326  №li tam orta məktəbin şagirdi Quliyeva Mədinə  tutmuşdur

         Qaliblər Bakı şəhər məktəbliləri arasınd keçirələcək müsabiqəyə  vəsiqə   qazanmışlar.

Keçidlər