Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Bayraq günü ilə bağlı tədbir keçirildi.

10 noyabr 2018 | 16:00

      8 noyabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 326 saylı orta məktəbdə “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə bayram tədbiri keçirilmişdir.
     Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Şöbə müdiri Gülbala Qurbanov, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etmişdilər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra YAP Xəzər Rayon təşkilatının sədri Namik Əhmədov, RİH Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov və digər natiqlərin çıxışları ilə davam etmişdir.    
     Çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin 90-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul etdirməsini o zamankı dövr uçun mühüm hadisə olduğunu, dövlət bayrağına sevgi və məhəbbət hissənin aşılanmasında ölkə rəhbəri cənab İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdılar.
    Çıxışlar bitdikdən sonra şagirdlər Bayrağımız qürurumuzdur mövzusunda şeirlər, ədəbi -bədii kompozisiya nümayaiş etdirdilər.

Keçidlər