Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

22 dekabr 2018 | 16:00

   22 ekabr 2018-ci il tarixində yeni salınan Buzovna–Mərdəkan–Qala avtomobil yolunda ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində ağacəkmə aksiyası keçirilmişdir.
    Aksiyada Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin əməkdaşları iştirak etmişdilər.
    Keçirilən aksiya zamanı yeni salınan Buzovna–Mərdəkan–Qala avtomobil yolunun mühafizə zolağında xüsusi ayrılmış sahəyə ümumilikdə 400 ədəd Şam  ağacı əkilmiş, suvarılmış və ətraf ərazidə təmizlik işləri görülmışdür.

Keçidlər